Icma.az
close
up
RU
Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak etdi (FOTO)

Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak etdi (FOTO)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə həyata keçirilən "İqlim dayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə Leyla Əliyeva çıxış edərək gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb.

IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilatın ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşma kimi mövzulara həsr etdiyi bir sıra fəaliyyətlər icra olunub. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri qeyd edib. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, "Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin #Decarbonize proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see207

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see167

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see126

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri