Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib KONKRET

Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır. Bunlardan biri də uzun müddətdir məhkəmə salonlarında adı çəkilən “Baku Oksford Məktəbi” ilə bağlıdır.

Məktəbin “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilməsi artıq məhkəmədə sübuta yetirilib və bina dövlət tərəfindən müsadirə olunaraq hərraca çıxarılıb. Məktəb üzərində Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və Rasim Məmmədovun xanımı Mehriban Məmmədova təsisçi kimi məhkəmələrdə çəkişsə də, qərar dəyişməyib.

KONKRET.az xəbər verir ki, teleqraf-ın araşdırması nəticəsində məlum olub ki, məktəbin əsl təsisçiləri nə Kamilə Əliyevadır, nə də Mehriban Məmmədova. Bu məktəbi ərsəyə gətirənlər Nailə Rzayeva və həyat yoldaşı Tofiq Rzayev olublar. Rzayevlər ailəsinin illər öncə “Baku Oksford Məktəbi”ndə 80 faiz təsisçi payı olsa da, sonradan onlar bu hüquqdan məhrum edilib. Zorla, ölümlə təhdidlə və bir qəpik ödənilmədən…

Məsələnin təfərrüatını Nailə Rzayeva Teleqraf-a müsahibəsində danışıb.

– Gəlin əvvəlcə “Baku Oksford Məktəbi” nin necə yaranmasından başlayaq…

– 1990-cı ildə həyat yoldaşım Tofiq Rzayevlə birgə təhsil mərkəzi açmağa qərar verdik. Təhsil mərkəzinin adını “Günar” qoyduq. Bu, iki qızım – Günel və Nərgizin adlarının birləşməsi idi. Daha sonrakı illərdə ingilis dili kursları açdıq. 1995-ci ildə isə İngiltərə ilə müqavilə imzalayıb razılıq əldə etdik ki, “Oksford” adını kurslara verək. 1997-ci ildə ildə isə rəsmi status veriləndən sonra məktəb açmağa qərar verdik. Bir il sonra isə icarəyə götürdüyümüz binada məktəb açdıq. Bunun üçün lazım olan vəsaiti də Bakıdakı evimizi sataraq əldə etmişdik. Beləliklə “Günar”ın nəzdində “Bakı Oksford Məktəbi” fəaliyyətə başladı. Səbail rayonu ərazisində icarəyə bina götürmüşdük. Zəlzələdən sonra Odlar Yurdu Universitetinin binasında fəaliyyət göstərdik, yenə icarəyə yer götürdük.

– Bəs, 2007-ci ildə nə baş verdi?

– Rasim Məmmədov bizim məktəbə gəldi. Dedi ki, məni şef göndərib.

– Şef deyəndə kimi nəzərdə tuturdu?

– Ramiz Mehdiyevi. Dedi ki, biz sizə gözəl bina verəcəyik. Təklif etdi ki, birləşək. O zaman məktəbin üç təsisçisi var idi, 80 faizi bizim idi. Biz də dedik ki, niyə satmalıyıq? Biz sadəcə, özümüzə icarəyə bina axtarırıq. Onda bizə bir neçə yerdən də bina ilə bağlı təklif gəlmişdi. Sonra elə oldu ki, təklif edən adamlar müəmmalı şəkildə geri çəkildilər.

– Düşünürsünüz ki, həmin adamlara müdaxilə etmişdilər?

– Yüz faiz.

– Bəs necə oldu ki, sonda razılaşdınız?

– Həmin vaxt yoldaşım infrakt keçirmişdi. Müqavilə imzalamaq üçün görüşəndə sənədə baxdım ki, bizim əlimizdən hər şeyi almaq istəyirlər.

– Müqavilədə nə yazılmışdı ki?

– Müqavilədə əsas təsisçi kimi Çanturiya Nazı Georgiyevna göstərilmişdi. Bu xanım Ramiz Mehdiyevin həyat yoldaşının bacısıdır. Rasim Məmmədov digər təsisçi Adil Sultanova 40 min manat verdi ki, məhkəmədə bizim əleyhimizə danışsın. O da dedi ki, məktəb yox idi, hər şeyi Rasim Məmmədov qurub. Mən artıq bu proseslərdən sonra çıxmaq qərarına gəldim. Mənə dedilər ki, üç il də işlə, pulunuzu qaytaracağıq. 2008-ci ildə də həyat yoldaşım rəhmətə getdi.

– Hər şey belə asan olmamalıdır axı…

– Rasim Məmmədov Nardarandakı bağımıza gəldi. Əlindəki çantada avtomat gətirmişdi. Çantanı açıb avtomatı göstərdi. Dedi, Nailə xanım, siz bilirsiniz də biz kimik? Bizə “yox” demək olmaz. Qızım onda ABŞ-də idi. Xəstə atasını görməyə gəlmişdi. Qorxdum, dərhal qızımı yenidən xaricə göndərdim.

– Bəs, hər hansı hüquqi yardım üçün addım atmadınız?

– Beynəlxalq şirkətlə danışdım, mənə dedilər ki, bu işdə Ramiz Mehdiyevin adı varsa, bu şikayəti heç kim götürməyəcək.

– Sizə nə qədər ödəniş etməliydilər?

– Bizə 80 faiz paydan 23 faiz saxladılar. Bizə 2 milyon manat ödəniş etməliydilər. Amma sonra dedilər ki, sizi öldürmək bizə daha ucuz başa gələr.

– Bunu sizə kim dedi?

– Rasim Məmmədov.

– Bildiyiniz kimi, həmin bina dövlət tərəfindən hazırda müsadirə olunub. Bir ara Rasim Məmmədovun xanımı Mehriban Məmmədova ilə Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın sözügedən məktəb binası üzərində məhkəmə mübahisəsi yaranmışdı.

– O bina Rasim Məmmədov “Baku Steel Company”də işləyəndə tikilmişdi. Amma bu, Rasimin öz pulu deyildi, “Baku Steel Company”dən mənimsənilən pullarla başa gəlmişdi ki, bu da məhkəmədə artıq sübut olunub, siz də dediyiniz kimi, dövlət tərəfindən müsadirə edilib. Ramiz Mehdiyev olmasaydı, Rasim Məmmədov o binanı tikə, heç “Baku Steel Company”də rəhbər də olmazdı.

– Sonradan ABŞ-yə köçməyiniz baş verənlərə görə idi?

– Qəlbim yaman sınmışdı. Belə olmaz axı. Adamın əlindən biznesi alırlar, heç kimə də müraciət edə bilmirsən. Siz inanırsınız, 2023-cü ildə məhkəmədə ifadə verəndə, mənə dedilər ki, Ramiz Mehdiyevin adını çəkmə.

– Hansı məhkəmədə?

– Bakı Kommersiya Məhkəməsində.

– Bunu hakim deyirdi?

– Həm hakim, həm də onların vəkili.

– Ramiz Mehdiyevlə və ya yaxınları ilə sonradan görüşüb məsələni aydınlaşdırmaq imkanınız olmadı?

– Xeyr. Heç kim onlara heç nə deyə bilmirdi. Bizi arxayın etmişdilər ki, pulumuzu ödəyəcəklər. 2013-cü ilə qədər onlarla işlədim, amma sonra elə vəziyyət yarandı ki, bu, artıq mümkün deyildi.

– Necə bir vəziyyət yarandı ki?

– Hər şeyi açıqlamaq istəmirəm. Təsəvvür edirsiniz, mənim katibəm Aygün Məmmədovanı məktəbə direktor təyin etdilər. İndi də direktor odur. Yaxşı kofe hazırlayırdı, amma təhsildə… Mən təklif etdim ki, gəlin başqa adamı direktor təyin edək, burada yüksək təhsilə sahib müəllimlərimiz var. Amma Rasim Məmmədov dedi ki, yox, direktor Aygün olacaq. Bu, hamını şoka salan qərar idi.

– Siz də həmin vaxt qətiləşdirdiniz ki, onlar sizə ödəniş etməyəcəklər?

– Həmin vaxt Rasim Məmmədovla danışdım. Dedim, başa düşürəm ki, siz mənim artıq burada olmağımı istəmirsiniz. Dedim, heç olmasa, mənə saxladığınız 23 faiz təsisçi payının ödənişini edin. Dedilər, yox, sizi öldürmək daha sərfəlidir. Mən çox istədim ki, cənab Prezident bu məsələyə baxsın, bu məktəbi dövlət nəzarətə götürsün. Mən əmək sərf etdiyi məktəbi təmənnasız işlətməyə hazıram. Bu, Azərbaycan, bizim uşaqlarımızın gələcəyi üçün çox vacibdir.

– Rasim Məmmədovdan sonra Ramiz Mehdiyevlə bağlı cinayət işinin başlanmasına reaksiyanız necə oldu?

– Deyim ki, sevindim, yox. Dövlətə xəyanət ittihamını heç cürə bağışlamaq olmaz. Amerika vətəndaşı olsam da, Azərbaycan mənim vətənimdir.

– Bəs, “Bakı Oksford Məktəbi”ndə uşaqların təhsilini, gələcəyini sual altında qoymaq sizcə, millətə də xəyanət deyilmi?

– Birmənalı! Bilirəm ki, bu şəbəkə Azərbaycandakı bir sıra təhsil lahiyələrinə icazə verməyiblər.

– Bir məsələ də maraqlıdır, məktəbin davasını Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva aparsa da, bizə təqdim etdiyiniz sənədlərdə PA-nın sabiq rəhbərinin baldızı Çanturiya Nazının adı qeyd olunub.

– Biz Çanturiyanı ümumiyyətlə, görməmişik. Nə alqı-satqı müqaviləsi imzalayanda, nə də ondan sonra. İndi məktəbin rəhbəri Rasim Məmmədovun xanımıdır, direktor da mənim keçmiş katibəm. Sonradan Amerikaya köçdüm, illər sonra Bakıya qayıtdım. Gələn digər təkliflərlə paytaxımızda “Oxbridge Akademiyası”nı yaratdım və yüzlərlə şagirdin Azərbaycanın gələcəyi üçün formalaşmasında iştirak edirik. Bu, mənim üçün prinsipal məsələ idi. Onların əməllərinə baxmayaraq, Azərbaycandan küsmədim, vətənimə qayıtdım və fəaliyyətimi davam etdirdim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri