Leyla Əliyeva ÜST nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb FOTO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.
Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜST ilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insan sağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, bu istiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışların gücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin "Sağlam şəhərlər" şəbəkəsinə qoşulması perspektivlərini müzakirə ediblər.
Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanın çirklənməsinin azaldılması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Dekabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















