Icma.az
close
up
RU
Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında iştirak ediblər FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında iştirak ediblər FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu "Zeynəbin sehrli dünyası" adlı sərginin açılışı olub.

Ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da olub.

Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olan sevgisindən ilham alan əsərləri təqdim olunub. Zeynəb öz əsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardan istifadə edərək, onları zəngin daxili aləmi və parlaq təxəyyülünün yaratdığı obrazlara çevirib.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhəb Məmmədov salamlayıcı nitqlə açıb. O, çıxışında gənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıb. Qeyd edib ki, məhz belə uşaqlar gələcək milli incəsənətimizin əsasını təşkil edirlər.

O qeyd edib ki, Zeynəbin əsərlərində valehedici zövq və yaradıcılığa heyrətamiz səy hiss olunur.

Bundan başqa, Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusi təkliflə müraciət edib. Onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Heykəltaraşlıq fakültəsinə dəvət edib.

S.Məmmədov vurğulayıb: "Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına - Heykəltaraşlıq fakültəsinə dəvət etmək istəyirəm. Gələrsən və orada peşəkar ustaların və fakültəmizin tələbələrinin iş prosesi ilə tanış olarsan, habelə ab-havanı hiss edərsən. Əminəm ki, bu sənin üçün ilhamverici amil və mühüm təcrübə olacaq".

İştirakçılara və qonaqlara səmimi sözlərlə müraciət edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud da təşkilatçılara təşəkkürünü bildirib və uşaq və yeniyetmələrin yaradıcılığına dəstəyin vacibliyini vurğulayıb.

Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisənin missiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədi gənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərə ruhlandırmaqdır.

Daha sonra tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxış edərək Zeynəb Babayeva¬nı ilk sərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığında parlaq gələcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu əsərlər mehribanlıq və istiliklə doludur. Onların əsas xüsusiyyəti sevgi ilə yaradılmasıdır.

Tədbir zamanı Zeynəbin ideyanın yaranmasından və heykəltaraşlığından tutmuş, hər bir heykəlin bəzədilməsi və canlandırılmasına qədər yaradıcılıq prosesini əks etdirən qısa videoçarx da nümayiş etdirilib. Tədbirin sonunda gənc rəssam qonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsi keçirib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Zeynəb Babayeva bildirib ki, o, kiçik yaşlarından heyvanlara xüsusi sevgi bəsləyir və məhz bu bağlılıq onu sərgidə təqdim olunan əsərləri yaratmağa ruhlandırıb. Zeynəbin sözlərinə görə, o, bəzi eksponatları xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə etməyi arzulayır ki, yaradıcılıq sevincini onlarla bölüşsün.

"Sərgimin əsas ideyası insanlara heyvanları sevmək və onları qorumaq lazım olduğunu xatırlatmaqdır. Onlar Yer üzündəki ən təmiz və məsum varlıqlardır", - deyə gənc rəssam bildirib.

Xalq rəssamı Səlhəb Məmmədov söhbəti davam etdirərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb.

"Bu sərgi onun daxili dünyasıdır, işıqla, təbiətə qayğı ilə və hər əsərində hiss olunan xüsusi saflıqla doludur", - deyə Xalq rəssamı vurğulayıb.

Rəssam qeyd edib ki, Zeynəbin əsərləri heç bir şübhə doğurmur: onlar səmimi hislərdən, dərin müşahidə qabiliyyəti və zəngin təxəyyüldən yaranıb.

"Onun yaratdığı əsərlər onun ruhunu əks etdirir. Uşağın, xüsusən də 13 yaşında olan birinin ruhu isə təəccüblü dərəcədə təmizdir. Məhz bu təmizlik, toxunulmazlıq və mehribanlıq onun kompozisiyalarında yaşayır", - deyə Səlhəb Məmmədov izah edib.

Sonda rəssam Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə xüsusi təşəkkürünü bildirib:

"Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə uşaqlara özlərini ifadə etmək imkanı yaratdığı üçün təşəkkür edirəm".

Qeyd edək ki, sərgi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri