Leyla Pereyra: Mənə Neymar kimi oyunçu lazım deyil
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
Braziliyanın "Palmeyras" klubunun prezidenti Leyla Pereyra "Əl-Hilal"ın futbolçusu Neymarın transferi haqda danışıb.
Teleqraf.com "qol.az"a istinadən xəbər verir ki, o, Braziliya mətbuatına açıqlamasında deyib: "Neymar "Palmeyras"a gəlməyəcək. Bu, tibbi departament deyil, klubdur. Mən elə oyunçu istəyirəm ki, sabah məşqçi lazımlı bilsə, oyuna çıxa bilsin. Oyuna çıxa bilməyən heç bir oyunçu ilə müqavilə imzalamaram".
Qeyd edək ki, Neymar bir illik zədədən sağaldıqdan sonra yenidən 1,5 aylıq sıradan çıxıb. 32 yaşlı hücumçunun "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Baxış sayı:67
Bu xəbər 17 Noyabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















