Icma.az
close
up
RU
Leyla və Arzu Əliyeva uşaq evlərinin komandaları arasındakı turniri izlədilər FOTOLAR

Leyla və Arzu Əliyeva uşaq evlərinin komandaları arasındakı turniri izlədilər FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-12 və 13-15 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında “Dostluq Kuboku” minifutbol turniri keçirilib.

"Unikal" xəbər verir ki, turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1, 2 və 3 saylı Uşaq evlərinin komandaları güclərini sınayıblar.

Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də oyunu izləyənlərin böyük coşqu və sevinc yaşadığı diqqət çəkib.

Turnirin ən yaddaqalan anlarından biri tədbirə şəxsən qatılan və oyunları izləyən Leyla Əliyeva və Arzu Əliyevanın bütün komandaları dəstəkləməsi, uşaqlarla səmimi söhbət etməsi və onlarla şəkillər çəkdirməsi olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yeri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turnirinin təşkilində əsas məqsəd uşaq evlərində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin onların həyatına müsbət təsir etdiyini bildirərək, bu cür sosial-idman layihələrinin davamlı olmasını arzuladıqlarını qeyd ediblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 May 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri