Icma.az
close
up
RU
Leyla və Arzu Əliyevalar Altıağac Milli Parkını ziyarət ediblər

Leyla və Arzu Əliyevalar Altıağac Milli Parkını ziyarət ediblər

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfərləri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak ediblər.

Oxu.Az xəbər verir ki, burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq. Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə buraxılmalarını təmin edəcək.

Daha sonra Leyla və Arzu Əliyevaların iştirakı ilə Bakı Zooloji Parkında uzunmüddətli reabilitasiya prosesi tamamlanmış və tam sağalmış vəhşi quşlar Altıağac Milli Parkı ərazisində təbiətə buraxılıb. Təbiətə buraxılan quşlar arasında iki bataqlıq belibağlısı və bir ağquyruq sahil qartalı var. Bu yırtıcı quş növləri zəifləmiş və xəsarət almış vəziyyətdə yerli sakinlər tərəfindən aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilib. Zooloji Parkda mütəxəssislərin nəzarəti altında quşlar tam reabilitasiya olunaraq təbii yaşam mühitinə uyğun vəziyyətə gətirilib. Reabilitasiyadan sonra quşların təbiətə buraxılması ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edərək bildirib ki, vəhşi heyvanların ev şəraitində saxlanılması biomüxtəlifliyin zəifləməsinə, təbii balansın pozulmasına və heyvanların həyatına ciddi təhlükə yaranmasına səbəb olur. Bu cür hallar vəhşi heyvanların təbii instinktlərini itirməsinə, stres və aqressiv davranışlara yol açmaqla yanaşı, həmçinin insan həyatı üçün potensial təhlükə yaradır. Eyni zamanda, vətəndaşlardan zəif və ya xəsarət almış vəhşi heyvanlarla rastlaşdıqda onların reabilitasiyaya cəlb olunması üçün Bakı Zooloji Parkının qaynar xəttinə - (012) 440-10-96 nömrəsinə məlumat vermələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri