Leyla və Arzu Əliyevalar onun emalatxanasına baş çəkdilər Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılıq fəaliyyəti ilə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva sənətkarın evində yerləşən emalatxanasında olub, onun hazırladığı dekorativ əl işlərinə baxış keçiriblər.
Görüş zamanı Samir Həbibov bədii oyma sənətinin incəlikləri, istifadə etdiyi materiallar və hazırladığı dekorativ nümunələr barədə məlumat verib. Leyla Əliyeva və Arzu Əliyeva oyma prosesi ilə tanış olub, sənətkarla birlikdə əl işləri hazırlayıblar.
Qeyd edək ki, Samir Həbibov bu qədim sənətin incəliklərini hələ uşaq yaşlarından atasından öyrənib. O, əsasən müxtəlif növ ağac materiallarından milli ornamentlərlə bəzədilmiş suvenirlər, dekorativ əşyalar və məişət üçün nəzərdə tutulan əl işləri hazırlayır.
Sənətkarın hazırladığı suvenirlər Ailə Biznesinə Asan Dəstək Mərkəzinin (ABAD) satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunur.






Baxış sayı:165
Bu xəbər 26 May 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















