Icma.az
close
up
RU
Leyla və Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev yenidən İŞ BAŞINDADIR? ARAŞDIRMA

Leyla və Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev yenidən İŞ BAŞINDADIR? ARAŞDIRMA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyev azadlığa buraxılıb. Belə ki, yanvarın 7-də onun barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Sənan Mehdiyevə Amnistiya aktı şamil oldunduğu bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:
Nəzrinin ölümünə görə həbs olunan Sənan Mehdiyevin cəzasının ağırlaşdırılması istənilir


Sənan Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Sənan Mehdiyevin ali təhsili ilə bağlı rəsmi və dəqiq təsdiqlənmiş məlumatlar ictimai mənbələrdə yer almır. Yəni onun hansı universitetdə təhsil aldığı, həkimlik ixtisasını harada aldığı, internatura/residentura keçib-keçmədiyi kimi məlumatlar yayılan xəbərlərdə, məhkəmə materiallarında və açıq media yazılarında göstərilməyib. O, Azərbaycanda estetik və plastik cərrah kimi tanınıb və sosial mediada özünü bu sahədə təqdim edib.
Maraqlıdır, 2 şəxsin ölümünə səbəb olan və həbsdən yenicə çıxan Sənan Mehdiyev hazırda estetik cərrah kimi fəaliyyətini davam etdirir?
Sənan Mehdiyevin sosial hesablarında apardığımız araşdırmalar göstərdi ki, o, pasiyent qəbul etsə də, bunu hələki gizli şəkildə həyata keçirir. Buna əmin olmaq üçün özü ilə əlaqə saxlasaq da, onun zənglərini özünü təqdim etməkdən imtina edən xanım cavablandırıb. Xanım köməkçisinin sözlərinə görə, S.Mehdiyevin həkim işləyib-işləməyəcəyi hələ ki dəqiqləşməyib: 
“Hazırda həkim çalışmır. İşləyib-işləməyəcəyi ilə dəqiq məlumat bilmirik. İş hələ məhkəmədədir”, - deyə o, bildirib.
Xatırladaq ki,  Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında da Sənan Mehdiyevin adı qeyd edilməyib.
Qeyd edək ki, Nəzrin Mansurlunun ölüm faktı Sənan Mehdiyevin ölümlə nəticələnən ilk əməliyyatı deyil. Həkim Sənan Mehdiyevin ilk qurbanlarından biri 18 yaşlı tələbə Leyla idi. Onun 2015-ci ildəki faciəli ölümü böyük səs-küyə səbəb olmuşdu. Leyla Mürsəlova da burun çəpərindəki əyriliyə görə Sənan Mehdiyevə üz tutmuşdu. Lakin “Starmed” klinikasında baş tutan əməliyyat zamanı Leyla həyatını itirib. Leylanın əməliyyat zamanı təzyiqi düşmüşdü. Ona adrenalin vurulmuşdu. Lakin həmin zaman Leylanın ürəyi dayanmış imiş. Onun ölümü ailəsindən 3-4 saat gizlədilmişdi.

Araşdırmalardan sonra Leylanın ölümünə səbəb kimi narkozun çox verilməsi göstərilirdi. Əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın vəziyyəti pisləşmişdi. Lakin “Starmed” klinikasında reanimasiya otağı olmadığından müdaxilə gecikmişdi. Yaxınlıqdakı klinikalardan və xəstəxanalardan reanimasiya briqadası çağırılmışdı. Amma onun həyatını xilas etmək mümkün olmamışdı.


Leylanın ölümündən sonra Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı. Sənan Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi. Bundan sonra cərrah kimi fəaliyyətini davam etdirmişdi.
Cərrah Sənan Mehdiyevin daha bir neçə pasiyenti onun əməliyyatından şikayət etmişdi. Səbinə Nağıyeva adlı xanım burun əməliyyatından sonra yaranan fəsadlara görə S.Mehdiyevdən şikayət etmişdi. Sonra həkimlə barışıq əldə etmişdi.
Başqa bir şikayətçi isə Ülviyyə İmanzadə idi. O, şikayətində qeyd edirdi ki, burun əməliyyatından sonra nəfəs almasında problem yaranıb.
Sosial şəbəkələrdə isə Sənan Mehdiyevdən şikayətçi olan onlarla şəxs var.
Sonuncu dəfə 30 yaşlı Nəzrin Sənan Mehdiyevin icra etdiyi plastik cərrahi əməliyyatın qurbanı olub. Bundan sonra o, yenidən cərrah kimi fəaliyyətini davam etdirib.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri