Icma.az
close
up
RU
Ləzzətli keks bişirməyin 4 sadə sirri puf puf olan möhtəşəm dad

Ləzzətli keks bişirməyin 4 sadə sirri puf puf olan möhtəşəm dad

Icma.az, Milli.az saytına istinadən bildirir.

Ev şəraitində bişirilən kekslərin o mis kimi ətri və yumşaq teksturası çay saatlarının və xüsusi anların ayrılmaz hissəsidir. Amma bəzən keksin istənilən qədər qabarmaması xəyal qırıqlığı yarada bilər. Narahat olmayın!

Milli.Az xəbər verir ki, yalnız 4 əsas addıma diqqət etməklə siz də hər dəfə dadlı və puf-puf qabaran kekslər bişirə bilərsiniz.

Doğru ərzaqlar və otaq temperaturu

Qabarıq kek bişirməyin ilk şərti, doğru ərzaqları düzgün temperaturda istifadə etməkdir.

Kərə yağı və yumurta: Bu ərzaqların otaq temperaturunda olması vacibdir. Belə olduqda çırpılarkən daha çox hava qabarcığı tuturlar ki, bu da kekin daha yaxşı qabarmasını təmin edir. Kərə yağı və yumurtaları bişirmədən ən az 30 dəqiqə əvvəl soyuducudan çıxarın.

Un: Əgər varsa, xüsusi keks unu istifadə edin. Yoxdursa, adi unu bir neçə dəfə ələyərək yüngülləşdirə bilərsiniz.

Kabartma tozu və vanil: Kabartma tozunun təzə olmasına diqqət edin. Vanil isə kekə xoş ətir və ləzzət qatır.

Hava qabarcıqlarını tutan düzgün çırpma texnikası

Keksin qabarmasında ən vacib mərhələlərdən biri çırpma prosesidir.

Kərə yağı və şəkər: Otaq temperaturundakı kərə yağını şəkərlə birlikdə krem halına gələnədək yaxşıca çırpın. Bu, qarışığın içinə bol hava dolmasına səbəb olur və kekin yüngül alınmasına kömək edir.

Yumurtalar: Yumurtaları bir-bir əlavə edib hər birini tam qarışana qədər çırpın. Yumurtaları eyni anda əlavə etmək qarışığın kəsilməsinə səbəb ola bilər.

Süd və ya qatıq kimi maye ərzaqlar: Bu ərzaqları yavaş-yavaş əlavə edin və yalnız qarışana qədər çırpın. Həddən artıq çırpmaq kekin sərt olmasına gətirib çıxara bilər.

Quru ərzaqlar: Un və kabartma tozunu ayrı qabda qarışdırıb xəmirə tədricən ələyərək əlavə edin. Spatula və ya aşağı sürətli mikserlə yalnız qarışana qədər yüngül şəkildə qarışdırın. Topa qalmamasına diqqət edin, amma həddindən artıq qarışdırmayın.

Doğru soba və bişirmə şəraiti

Soba temperaturu və düzgün bişirmə prosesi kekin uğurlu alınmasında həlledici rol oynayır.

Sobanı əvvəlcədən qızdırın: Adətən 170-180°C temperatur kifayətdir. Soyuq sobaya yerləşdirilən kek kifayət qədər qabarmaya bilər.

Soba qapısını açmayın: Bişirmə zamanı soba qapısını tez-tez açmaq temperaturun dəyişməsinə və kekin sönməsinə səbəb ola bilər. Bişirmənin sonuna yaxın taxta çubuqla yoxlama aparın - çubuq təmiz çıxırsa, kek bişib.

Bişirmə müddəti: Kekin ölçüsünə və sobanızın performansına görə bu müddət dəyişə bilər. Reseptdə göstərilən zamanlara əməl edin, amma çubuq testini unutmayın.

Soyutma mərhələsi

Keksin formalaşması və kəsildikdə dağılmaması üçün düzgün soyudulması vacibdir.

Sobadan çıxardıqdan sonra: Kek bişdikdən sonra sobadan çıxarın və bir neçə dəqiqə qəlibində saxlayın.

Qəlibdən çıxarma: Kənarlarını bıçaqla yavaşca boşaldın və kekin altına tərs çevirərək tel ızgaranın üzərinə çıxarın.

Tam soyuma: Keksi tam soyuyana qədər kəsməyin. İsti halda kəsdiyiniz zaman dağılması mümkündür.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:499
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 May 2025 03:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri