Lider gözlənilmədən UDUZDU
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Kişi voleybolçular arasında Yüksək Liqada XIV turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
GİN-in Voleybol Mərkəzindəki ilk matçda MOİK və “Azərreyl” üz-üzə gəlib. Görüş "dəmiryolçular"ın "quru hesabblı" qələbəsi ilə başa çatıb.
Liderlərin duelində “Murov Az Terminal”la “Xilasedici” qarşılaşıb. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:3 hesabı ilə uduzub.
Tura “Neftçi” - “Gənclər” oyunu ilə yekun vurulub. "Ağ-qaralar" bu qarşılaşmada çətinlik çəkməyiblər.
Yüksək Liqa (Kişilər)
XIV tur
5 mart
14:00. MOİK - “Azərreyl” - 0:3 (19:25, 11:25, 19:25)
GİN-in Voleybol Mərkəzi
16:00. “Murov Az Terminal” - “Xilasedici” - 2:3 (24:26, 25:19, 21:25, 25:17, 13:15)
GİN-in Voleybol Mərkəzi
18:00. “Neftçi” - “Gənclər” - 3:1 (25:18, 25:15, 23:25, 25:22)
GİN-in Voleybol Mərkəzi
1 Murov Az Terminal 14 11 3 32-10 34
3 Azərreyl 13 10 3 33-10 31
2 Xilasedici 13 11 2 34-12 31
4 Neftçi 14 7 7 24-25 21
5 MOİK 14 2 12 6-39 5
6 Gənclər 14 0 14 5-42 1
Rəşad Rafiqoğlu, Bizim.Media

