Lider Neftçi Zirə ilə üz üzə YENİLƏNİR
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Bu gün Misli Premyer Liqasının XIII turunun ilk oyun gününə Bakıda yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Neftçi” “Zirə”ni qəbul edəcək.
“Palms Sports Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Geridə qalan 12 turdan sonra “Neftçi” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Zirə” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.
Rəşad Sadıqovun komandası qarşılaşmaya dörd itki ilə çıxacaq. İssa Cibrila, Bayere Lue, Ktatau və Anje Mutsinzi zədə səbəbindən görüşü buraxacaqlar.
Qeyd edək ki, “Neftçi” cari mövsümdə yeganə məğlubiyyətini məhz “Zirə”dən alıb. Tərəflər arasında ilk dövrədə keçirilən qarşılaşma “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
II dövrə, XIII tur
27 noyabr
19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirməmməd Məmmədov
Bakı. “Palms Sports Arena”
"Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub AFFA İntizam Komitəsinin iclası keçirilib Afrika Millətlər Kubokunda qalmaqal bitmir – Mərakeş CAS-ın qərarına etiraz edəcək Litva XİN rəhbəri “Sabah”ın baş məşqçisi Dambrauskasa “Diplomatiya ulduzu” mükafatını təqdim edib
Baxış sayı:116
Bu xəbər 27 Noyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















