Limandan Xəzər dənizinə düşən şəxs öldü
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs həyatını itirib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiqləyib.
O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.
"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.
Baxış sayı:135
Bu xəbər 19 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















