Icma.az
close
up
RU
Limitli fikirlər, limitsiz problemlər İdmanXəbər

Limitli fikirlər, limitsiz problemlər İdmanXəbər

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan milli komandasının nəticəsi də, ölkə futbolunun gündəmi də həmişə eyni olur. Uduzmağın gətirdiyi neqativlik, nəticəsizliyin yaratdığı travma fərli yanaşmanı çoxdan sıradan çıxarıb.

Emosiyanın zirvəsində olanlarla, ümidsizliyin dibindən boylananlar malı-mala elə qatır ki, nə dediyi/yazdığı anlaşılır, nə də niyyəti. Başa düşüləsi, ağla, məntiqə sığan cümlə üzünə həsrət qaldığımız sahədə hamı qəhrəman olmaq istəyir. Qəh-qəhə çəkiləsi fikirləri ilə.

Danışmağına, yazmağına, oynamağına limit qoyulmalı adamların əlindəki “limit” arqumenti heç vaxt bitmir. Cəmi beşcə ay bundan öncə qəbul edilmiş bir qərarın effekt vermədiyini dilə gətirmək, fikir olmaqdan daha çox beyin yoran zikrdir. Hər oyun sonrası eyni müzakirə, eyni şey, eyni nəticə.

Limitli günlərin acı xatirələri hələ yaddaşlardan getməyib. C Liqasından, futbol xəritəsində adları olmayanların yanına – D Liqasına yuvarlanmağımız da elə limitli günlərimizdə baş vermişdi. Araşdırsan, bəlkə də Azərbaycan milliləri ən biabırçı nəticələrini məhz o “7+4” andırında qazanıb. Həmin o azərbaycanlı futbolçular daha çox oynadığı formatda.

İndi niyə yenə ora qayıdaq ki? Səbəb nədir?

Əgər dərdimiz azərbaycanlı futbolçular və Azərbaycan futboludursa, özümüzünkülərin oynamağından yanayıqsa, o zaman gəlin, belə edək: Birdəfəlik legioner məsələsinin kökünü kəsək. Qayda çıxaraq ki, hər klubda cəmi 2-3 əcnəbi oynasın. Geridə qalanları yerlilər olsun. 8-9 azərbaycanlı futbolçu ilə meydana çıxsın klublar. Belə keçirək çempionatı. Əgər bunun bədəlini ödəməyə hazırıqsa, hamılıqla bunu təklif edək və dəstəkləyək.

Eybi yox, Premyer Liqanın da səviyyəsi düşsün, avrokuboklar da cəhhənnəm olsun. Məqsəd milli, bayraq, bu ölkənin adı deyil? Dözüb izləyək öz uşaqlarımızı.

Gürcüstan, Qazaxıstan çempionatlarına baxın. Komandaların heyətlərinin 70-80 faizi yerli futbolçulardır. Bu ölkələrin fərli-başlı klubları olmasa da, yaxşı milliləri var. Biz də yoxlayaq. Bununla siz də dincəlin, biz də. Birdəfəlik limit söhbəti bitsin.

Hə, bəs “Qarabağ” nə olacaq? Heç nə. O da uçub getdiyi yerdən Azərbaycan futboluna qayıdacaq.

Həsən Quluzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 18 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri