Limon alarkən ehtiyatlı olun
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər.
Milli.Az xəbər verir ki, Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqət yetirilməli olduğunu açıqlayıb.
Mütəxəssis qabığı zədələnmiş limonları almamağı tövsiyə edir. Onun sözlərinə görə, qabıqdakı kiçik bir zədə belə kif göbələyinin meyvəyə daxil olmasına şərait yarada bilər.
Mağazada problemin yeganə görünən əlaməti qabığın müəyyən hissəsinin süngər kimi yumşalması ola bilər. Sonradan isə həmin sahədə çürümə və kif sürətlə inkişaf edə bilər. Buna görə də limonun yalnız rənginə baxmaq kifayət etmir.
Qoxusuna da diqqət edin
Qautam bildirir ki, xarab olmağa başlayan limonun özünəməxsus, qeyri-adi qoxusu olur. Lakin mağazada müxtəlif qoxular bir-birinə qarışdığından bunu hiss etmək çətinləşə bilər.
Limonun qoxusu xoşagəlməzdirsə, onu almamaq məsləhətdir. Bu üsul çiyələk də daxil olmaqla digər meyvələri seçərkən də faydalı ola bilər.
Mütəxəssisin sözlərinə görə, kiflənmənin qarşısını almaq üçün limonlara yığımdan sonra göbələk əleyhinə vasitələr tətbiq olunur. Bununla belə, alış zamanı meyvənin qabığını və ümumi vəziyyətini yoxlamaq vacibdir.
Daha yaxşı limonu necə seçməli?
Qabığında zədə, sulu ləkə, görünən kif və dərin əziklər olmayan limonlara üstünlük vermək lazımdır. Qautam əlavə olaraq qabığın möhkəm olmasına və meyvənin ölçüsünə görə ağır gəlməsinə diqqət yetirməyi tövsiyə edir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Oktyabr 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















