Icma.az
close
up
RU
LinkedIn də korporativ profil necə idarə olunmalıdır?

LinkedIn də korporativ profil necə idarə olunmalıdır?

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

LinkedIn artıq yalnız fərdi karyera inkişafına xidmət edən platforma deyil. Bu gün şirkətlər üçün marketinq, brend reklamı və istedadlı əməkdaşların cəlb edilməsi baxımından mühüm vasitəyə çevrilib. Düzgün idarə olunan korporativ profil şirkətin etibarlılığını artırır, potensial müştərilərlə əlaqə qurmağa və yeni əməkdaşlar cəlb etməyə imkan verir.

Korporativ profil niyə vacibdir?

Banco.az xəbər verir ki, şirkətin LinkedIn profili brendin tanıdılması, potensial müştərilərə çatmaq və sektorda mövqeyi gücləndirmək üçün istifadə oluna bilər.

Bunun üçün profil şirkətin loqosu, fəaliyyəti, veb-saytı, sektoru və digər əsas məlumatlarla tam şəkildə doldurulmalıdır. “Haqqımızda” bölməsində şirkətin missiyası, məqsədləri və dəyərləri aydın şəkildə təqdim edilməli, axtarış nəticələrində görünürlüğü artırmaq üçün uyğun açar sözlərdən istifadə olunmalıdır.

Profilin vizual görünüşü də önəmlidir. Keyfiyyətli örtük və profil şəkilləri ilə yanaşı, məhsul, xidmət və layihələri əks etdirən foto və videolar paylaşmaq tövsiyə olunur. Şirkət əməkdaşlarının da səhifəni izləməsi və paylaşımlarla qarşılıqlı əlaqədə olması profilin görünürlüğünü artıra bilər.

Düzgün məzmun strategiyası

LinkedIn-də uğurlu olmaq üçün yalnız profil yaratmaq kifayət deyil. Hədəf auditoriyanın maraq və ehtiyaclarını nəzərə alan müntəzəm və faydalı məzmun paylaşmaq vacibdir. Sektordakı yeniliklər, trendlər, ekspert fikirləri, müştəri uğur hekayələri, əməkdaşlarla bağlı yazılar və şirkətin layihələri auditoriyanın diqqətini cəlb edə bilər.

Mətn, foto, video, məqalə və infoqrafika kimi müxtəlif formatlardan istifadə etmək, suallar və sorğular vasitəsilə izləyiciləri müzakirələrə cəlb etmək də effektiv üsullardandır. Paylaşımların nəticələri isə LinkedIn analitikası vasitəsilə izlənərək məzmun strategiyası buna uyğun yenilənə bilər.

Nələrə diqqət etmək lazımdır?

Şirkətlər LinkedIn-də yanlış və ya yanıldıcı məlumatlardan, spam xarakterli paylaşımlardan və qeyri-peşəkar üslubdan çəkinməlidirlər. Rəqibləri hədəf almaq, siyasi və dini mübahisələrə qoşulmaq, həmçinin müştəri və əməkdaşların məxfi məlumatlarını paylaşmaq şirkətin nüfuzuna zərər vura bilər.

Beləliklə, LinkedIn-i yalnız sosial şəbəkə kimi deyil, həm də brendin inkişafı, yeni müştərilərin qazanılması və istedadlı əməkdaşların cəlb edilməsi üçün strateji biznes platforması kimi qiymətləndirmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://banco.az
archiveBu xəbər 08 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri