Icma.az
close
up
RU
“Lion” istəsə...

“Lion” istəsə...

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

- Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan... Yüzbaşı istəsə, bizi tutub qazamata salar?
- Əlbəttə, salar, bala, salar...
(Üzeyir Hacıbəyli, “Müsəlman kəndlisinin siyasi söhbəti”)
Soyuq noyabr axşamında yağmur dənələrinin gödəkçəmi islatmasının gətirdiyi buz kimi sərinliyi iliyiməcən yaxşı hiss edirdim. Cəmi bir həftə əvvəl Kəlbəcərlə Laçına səfər etsəm də, “üşümək mövsümü”nü hələ açmamışdım. Getdiyim hər iki rayonda xəfif qış günəşiylə isinmişdim. Yağıntıya da rast gəlmədiyimdən soyuq hava mənə çətinlik yaratmamışdı. Amma “Qarabağ”ın “Lion”la qarşılaşmasını stadiondan izləməyə tələsərkən havadakı soyuqluq yağışın gətirdiyi nəmlə birlikdə canıma keçirdi. Hiss edirdim ki, Bakıya qış gəlib, biz də bundan sonra soyuq və yağıntılı havanın gətirdiyi çətinliklərlə hələ çox qarşılaşmalı olacağıq. Özü də bu çətinliklərə qalib gəlməli, geriyə bircə addım da atmamalıydıq.

Elə həmin axşam evdən çıxıb stadionun yolunu tutmağımın özü də həmin mübarizənin tərkib hissəsi idi. Son vaxtlar axşam saatlarında evdən çıxmağa o qədər də həvəs göstərmirəm. Hərdən də bunun səbəbini soruşanlara “yaşla bağlıdı” deyib, ötüşdürürəm, özümü qocalmağa başlayan kişilər kimi aparıram. “Qarabağ”ın Fransa təmsilçisi “Lion”u Bakıda qəbul etməsi isə hava şəraitinə heç baxmadan evdən çıxmağım üçün ciddi səbəb idi. “Qarabağ”ı belə çətin sınaqda, özü də fransızlara qarşı oyunda tək qoymaq olmazdı. Elə bu motivasiya ilə də yağışın dənələrinə, küləyin vıyıltısına, havanın soyuqluğuna zərrəcə əhəmiyyət vermədən Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun yolunu tutmuşdum.
Metro qatarı “Gənclik” stansiyasına yaxınlaşdıqca vaqonlarda sıxlığın artması basırıq yaratsa da, mənəvi cəhətdən rahatlıq tapırdım. Məndə bir əminlik yaranırdı ki, “köhlən atlar” bu çətin sınaqda dəstəksiz qalmayacaq. Soyuq Bakı axşamında çılğın azarkeşlərin verdiyi dəstəyin hərarəti onları həvəsləndirəcək, üşüməyə qoymayacaq. Stadionun qapıları qarşısında gördüyüm qələbəlik bu əminliyi daha da möhkəmləndirdi. Hətta tribunalara tələsən azarkeşlərin arasında xeyli sayda azyaşlını görəndə bir qədər qürrələndim də. Sevindim ki, “Qarabağ”ın oyununa artıq övladlarımız da biganə deyil. 7-dən 77-ə qədər çoxları Qurban Qurbanovun və onun yetirmələrinin qarşısında mənəvi borcunu başa düşür, bu borcu ödəmək üçün özünə əziyyət verməkdən çəkinmir.
90 dəqiqə ərzində meydanda yaşananlar haqda xüsusi nəsə yazmağa ehtiyac görmürəm. 1:4 hesabı Azərbaycan klubu ilə Fransa təmsilçisi arasındakı səviyyə fərqinin göstəricisi kimi qəbul oluna bilər. Bəli, Patrik Andrade ilə Juninyonun zərbələri dirəkdən-tirdən dönməsəydi, nəticə başqa cür də ola bilərdi. Hətta bunlardan başqa da qol imkanları oldu, “Qarabağ”ın futbolçuları topu “Lion”un qapısından keçirmək fürsəti qazandılar. Amma bacarmadılar. Elə bunun özü də səviyyə fərqidi. Rəqib əlinə düşən 50-60 faizlik şansı belə dəyərləndirir, sən isə 80-90 faizlik fürsəti əldən qaçırırsan. “Lion” səviyyəsində rəqiblə qarşılaşmada 90 dəqiqə ərzində elə iki-üç qol fürsətin ola bilər ki, ondan da yararlana bilmirsənsə, məğlubiyyət qaçılmazdı.
Cəmi bir məqama diqqət yetirməyimiz yetərlidi ki, “Qarabağ”la “Lion” arasındakı uçurumun nə boyda olduğunu görək. “Qarabağ”ın büdcəsi “Lion”un hansısa futbolçusunu transfer etməyə yetərmi? Lap elə yetsə də belə, “Lion”da forma geyən hansı futbolçu Azərbaycan çempionatında çıxış etməyə razılıq verər? Bəli, heç biri. Amma “Lion” “Qarabağ”dan hansısa futbolçunu heyətinə qatmaq istəsə, bunun üçün həm pulu yetərlidi, həm də klubun ad-sanı. “Lion”dan dəvət gəlsə, istənilən futbolçu ilk fürsətdəcə təyyarəyə minib, Fransaya uçar. Bəzi reallıqları elə olduğu kimi qəbul etmək lazımdı. “Qarabağ”ı qınamağa çox da həvəslənməyək.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see432

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see219

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see207

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see194

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see185

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see182

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see178

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see174

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri