Lionel Messi Bakıda Qarabağ atlarını izləyib FOTO VİDEO İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıda Qarabağ atlarını izləyiblər.
İdman.biz "Report"a istinadən xəbər verir ki, adıçəkilənlər maraqlı anlar yaşayıblar və gördüklərindən məmnun qalıblar.
Bu gün həmçinin Bakı Kristal Hallda keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.
Biletlərin satışından əldə olunacaq vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
İdman.biz











