Lionel Messi bir oyunda iki rekord müəyyənləşdirdi
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Səkkizqat "Qızıl top" mükafatının sahibi, argentinalı futbol ulduzu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunun heyətində rekordlarını yeniləməyə davam edir.
Moderator.az Vesti.kz-yə istinadən xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu MLS-in müntəzəm çempionatı çərçivəsində "Atlanta Yunayted"lə qarşılaşmada dubl edib və bir məhsuldar ötürmə verib. Görüş Messinin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Atlanta Yunayted"lə matçda vurduğu ikinci qol Messinin MLS-dəki 75-ci qolu olub. O, bu göstəriciyə cəmi 80 oyunda çataraq liqa tarixində rekord müəyyənləşdirib. Əvvəlki rekord venesuelalı Yosef Martinesə məxsus idi. O, 75 qola 81 oyunda çatmışdı. Üçüncü pillədə isə Robbi Kin qərarlaşıb (111 oyun).
Bundan əlavə, Messi cari mövsümdə bombardirlər yarışında liderlik edir və artıq 15 məhsuldar ötürmə verib. O, MLS tarixində ardıcıl üç mövsümdə ən azı 15 məhsuldar ötürmə edən ilk futbolçu olub.
Baxış sayı:121
Bu xəbər 18 Oktyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















