Icma.az
close
up
RU
“Lion”la PSJ zirvəyə şərikdi

“Lion”la PSJ zirvəyə şərikdi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransada PSJ çox tez başqalarıyla fərq yaradır, zirvədə təkbaşına dayanmağın qürurunu yaşayırdı. Bu il isə vəziyyət bir qədər fərqlidi. Hesabat turundan sonra “Lion” paytaxt klubu ilə zirvəyə şərikdi.

"Football-plus.az" xəbər verir ki, “Oser”i qəbul edən PSJ-nin ciddi itkiləri var idi. Dembele, Due, Markinyos və Neveşin xidmətindən məhrum olan parislilər burqundiyalılarla oyunda daha iki itki ilə üzləşdi. Oyunun axarına gəlincə, üç imkan boşa veriləndən sonra müdafiəçi Zabarnı səhnəyə çıxaraq 32-ci dəqiqədə hesabı açdı. Ona məhsuldar ötürmə verən kapitan Vitinya bir qədər sonra zədə üzündən yerini Hakimiyə verdi. 2-ci hissə başlayanda Kvaratsxeliya da meydanda görünmədi. Sonradan onun da zədədən əziyyət çəkdiyi aydın oldu. 54-cü dəqiqədə 2-ci qol da vuruldu. Künc zərbəsinin ardından Beraldo fərqləndi. Sonda “Oser” bir neçə təhlükəli hücum qursa da, fərqi azalda bilmədi. Yeri gəlmişkən, 2-ci hissədə yeniyetmələr – Ncantu ilə Janjal da PSJ-də debüt etdi.
“Lion”u qəbul edən “Lill” Mortonun 13-cü dəqiqədə vurduğu qolun cavabını verə bilmədi. Əslində “şimallı itlər”in fərqlənmək üçün çoxlu imkanı oldu. Qol vəziyyətlərinin qaçırılması onların baş məşqçisi Bruno Jenezionu özündən çıxardı. Hakim sonda onu qırmızı vərəqə ilə cəzalandırdı. Qələbə hesabını qoruyan “şirlər” 15 xalla zirvəyə şərik oldu.
“Strasbur” – “Marsel” oyununu da maraqla gözləməyə dəyərdi. Axı hər iki komanda iddialıdı, mövsümə yaxşı başlayıb. Bu oyunda əsas hadisələr fasilədən sonra baş verdi. Meydan sahibləri 2-ci hissəyə iki dəyişikliklə başladı. Yenilərən Uattara 49-cu dəqiqədə “Marsel”i məyus etdi. Qonaqlar bu qolun əvəzini 78-ci dəqiqədə təcrübəli Obameyanqın sayəsində çıxdı. Qoldan dərhal sonra Höybyerq topu dirəyə vurdu. Bununla belə, hücumları davam etdirən “Marsel” sonda qələbə istəyinə çatdı: Murilyo cənubluları sevindirdi.
“Loryan”ın qonağı olan “Monako” 1:3 hesablı məğlubiyyətlə barışdı. Bəlkə də bu oyun tam fərqli nəticələnəcəkdi. Sadəcə, müdafiəçi Kerer artıq 38-ci dəqiqədə meydandan qovulmaqla “knyazlar”ı pis vəziyyətdə qoydu. Elə bu epizodun davamı olan cərimə zərbəsi zamanı Bamba hesabı açdı. 72-ci dəqiqədə oyuna qoşulan Paji 7 dəqiqə ərzində iki qol vurmaqla “Monako”nun müqavimətini qırdı. Qonaqların gücü yalnız təsəlli qolunu vurmağa çatdı.
Turun qalan oyunlarına gəlincə, “Renn” – “Lans”, “Mets” – “Havr”, “Nitsa” – “Paris”, “Tuluza” – “Nant” duelləri heç-heçə bitdi. “Brest” səfərdə “Anje” üzərində inamlı qələbə qazandı.
6-cı tur
PSJ – Oser 2:0

Zabarnı, 32. Beraldo, 54. (47792)
PSJ: Şevalye, Zair-Emeri, Zabarnı, Beraldo, L.Ernandes, Li Kan İn (Janjal, 80), Vitinya (Hakimi, 35), Mayulu (Ncantu, 62), Mbay, Ramuş, Kvaratsxeliya (Barkolya, 46).
Loryan – Monako 3:1
Bamba, 40. Paji, 76; 82 – Fati, 90+7-p. (15561)
Monako: Kön, Teze, Kerer, Mavissa, Enrike, Vanderson (Dyatta, 46), Kulibali (Kabral, 81), Dayer, Minamino (İdumbo, 65), Biret (Baloqan, 46), İlenihena (Fati, 65).
Strasbur – Marsel 1:2
Uattara, 49 – Obameyanq, 78. Murilyo, 90+1. (23262)
Marsel: Rulyi, Medina (Vaj, 85), Balerdi, Agerd, Murilyo, O’Rayli (Pavar, 85), Höybyerq, Vea (Emerson, 58), Qomes, Payşao (Qrinvud, 58), Quiri (Obameyanq, 58).
Tuluza – Nant 2:2
Qboo, 48. Dennum, 66-p. – Lahdo, 45+3. Leru, 61. (22824)
Nitsa – Paris 1:1
Diop, 40 – Krasso, 88. (20049)
Anje – Brest 0:2
Labo, 26. Del Kastilyo, 32-p. (10210)
Lill – Lion 0:1
Morton, 13. (45287)
Mets – Havr 0:0
(19976)
Renn – Lans 0:0
(26414)
1. PSJ 6 5 0 1 12-4 15
2. Lion 6 5 0 1 8-3 15
3. Marsel 6 4 0 2 12-5 12
4. Monako 6 4 0 2 14-10 12
5. Strasbur 6 4 0 2 9-7 12
6. Lill 6 3 1 2 13-9 10
7. Lans 6 3 1 2 8-5 10
8. Renn 6 2 3 1 7-8 9
9. Brest 6 2 1 3 11-11 7
10. Tuluza 6 2 1 3 9-11 7
11. Paris 6 2 1 3 10-13 7
12. Nitsa 6 2 1 3 7-10 7
13. Loryan 6 2 1 3 9-14 7
14. Oser 6 2 0 4 4-8 6
15. Havr 6 1 2 3 6-8 5
16. Nant 6 1 2 3 5-7 5
17. Anje 6 1 2 3 3-6 5
18. Mets 6 0 2 4 5-13 2
Bombardirlər: 11 futbolçu hərəyə 3 qol vurub.
Növbəti turun oyunları oktyabrın 3-5-i aralığında keçiriləcək: Paris – Loryan, Mets – Marsel, Brest – Nant, Oser – Lans, Lion – Tuluza, Havr – Renn, Monako – Nitsa, Strasbur – Anje, Lill – PSJ.
Turun rəqəmi
1 – “Lans”ın müdafiəçisi Jonatan Qradi “Renn” ilə oyunun 1-ci dəqiqəsində, daha dəqiqi, 53-cü saniyədə meydandan qovuldu. Bu, 21-ci əsrtə Fransa çempionatında ən erkən 4-cı qırmızı vərəqədi. Jan-Kler Todibo 2022-də 9-cu, Maksim Spano (2014) və Benjamen Lekomt (2015) 39-cu saniyədə meydandan qovulub.
Turun ulduzu
Pablo Paji (Loryan) – gənc hücumçu meydana çıxandan dərhal sonra oyunun axarını dəyişdi. Məhz onun qısa zaman kəsiyində vurduğu iki qol güclü “Monako”nun “ağ bayraq qaldırmasına” səbəb oldu.
Turun sitatı
Usman Dembele, PSJ-nin hücumçusu:

“İndi mövsümün ilk yarısıdı, tezliklə formaya düşməliyəm ki, ikinci yarıya daha yaxşı başlayıb. Bərpa prosesi yaxşı gedir. Tezliklə qayıdacam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see384

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see375

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see372

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see313

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see286

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see280

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see273

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see268

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see255

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see249

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see247

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see246

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see242

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see234

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see233

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see220

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see216

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see203

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri