Icma.az
close
up
RU
Liposaksiya əməliyyatında ölüm halları niyə artır? Plastik cərrah səbəbi açıqladı

Liposaksiya əməliyyatında ölüm halları niyə artır? Plastik cərrah səbəbi açıqladı

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar estetik əməliyyatlarla arıqlamaq, istədiyi bədən formasına sahib olmaq istəyi insanlar arasında geniş yayılıb.

Bu üsulla daha qısa müddətdə qalıcı nəticə əldə etmək mümkün olduğu üçün xüsusən qadınlar piylərini liposaksiya metodu ilə, piy sovurma ilə kənarlaşdırmağa üstünlük verirlər.

Ancaq son zamanlar əslində təhlükəsiz kimi bilinən, təqdim olunan liposaksiya proseduru bir çoxlarının həyatına son verib. Təkcə Azərbaycanda hələ mətbuata məlum faktlar il ərzində 4-5 nəfəri keçir.

Həkimlər bu əməliyyatın xəstənin həyatı üçün təhlükəsiz olduğunu bildirsələr də, fakt faktlığında qalır.

Niyə bu kiçik əməliyyat ölümə yol açır? Həkim səriştəsizliyi yoxsa, risk? Hansı xəstələrə  bu proseduru etdirmək olmaz?

Medicina.az bütün bu sualları plastik-estetik cərrah Bəxtiyar Qəhrəmanova ünvanlayıb. Həkim bildirib ki, liposaksiya əməliyyatının həyata keçirildiyi cihazlar son illər çox təkmilləşib və uğurun yarısı da bu cihazlardan asılıdır.

"Bu cihaz dəri altındakı piy toxumasını əridib, maye halına salaraq sovurub çıxarır. Həmin piy kütləsi yenidən işlənərək, bədənin müəyyən nahiyələrinə yeridilərək şəkilləndirilir.

Prosedur zamanı yaranan piy və ağciyər emboliyası xəstənin həyatına son qoya bilər. Əslində sadalanan bu problemlər daha köhnə model aparatlarla edilən əməliyyatlarda müşahidə edilir. Bu zaman  aparat piy toxumasını zədələyir, qan dövranını pozur, piy parçası qan damarlarına düşərək tənəffüs yollarını tutur, xəstənin vəfat etməsinə gətirib çıxarır.

Lakin son model liposaksiya aparatları təhlükəsiz hesab edilir. Çünki bu aparatlar sensorlarla təchiz olunub. Əməliyyat zamanı aparatın ucu yalnız piy toxumasına toxunduqda işləyir. Damar, əzələ, sümük və  digər toxumaya çatdıqda, aparat sönür, yəni fəaliyyətini dayandırır.  Bu isə əməliyyat zamanı yaranan bütün risqləri aradan qaldırır, həkimin səhv etməsinin də qarşısını alır.  Son model liposaksiya aparatı ilə edilən əməliyat zamanı ölüm riski demək olar ki, sıfıra enir.

Xəstənin həyatı üçün təhükəsiz olan son nəsil liposaksiya aparatları Bakı şəhərində cəmi iki klinikada  mövcuddur, eləcə də mən bu aparatla əməliyyat edirəm. Ola bilər bir çox həkimlər xəstələri inandırmaq üçün qeyd etsin ki, son model məndədir. Amma yoxlamaq, dəqiqləşdirmək lazımdır.

Bu aparatla piylər çıxarılan nahiyədə dəri sallanmaları da müşahidə edilmir.  Əməliyyatdan zamanı əridilərək toplanan piy yenidən işlənələrək, hazır hala gətirilib pasiyentin istəyinə uyğun olaraq bədəninin müxtəlif nahiyələrinə yeridilir.

Bədən şəkilləndirmə zamanı ən çox  qarın, qol və bud nahiyəsindən  alınan piy sağrı, süd vəzi, hətta dodaq kimi hissələrə əlavə edilir. Beləliklə də pasiyentin öz piylərindən ona yeni forma verilir.

Prosedurdan sonra əməliyyat olunan pasiyent istədiyi bədən quruluşuna qovuşmaq üçün bir sıra korreksiyalar da etdirməlidir. Yalnız bundan sonra əldə edilən bədən forması bütün ömür boyu çəklini qoruyur".  

Həkim onu da bildirdi ki, liposaksiya üçün hər hansı qadağa yoxdur. Yaş məhdudiyyyəti qoyulmayıb, xəstəliklər də əks göstəriş deyil. Hətta şəkər xəstələrinə də olar. Bir sözlə, kimin ehtiyacı varsa, bu əməliyyatdan keçə bilər. Qeyd edək ki, əməliyyat yerli anesteziya ilə olunur, ümumi narkoz verilmir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri