Liqa 1 də maaş reytinqi: PSJ nin futbolçuları ilk “onluq”da
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 aprel, AZƏRTAC
Fransanın nüfuzlu “L'Équipe” nəşri 2025/2026-cı illər mövsümü üzrə Liqa 1-də ən yüksək maaş alan futbolçuların siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, reytinqin ilk “onluğ”unda yalnız PSJ-nin oyunçuları yer alıblar.
Siyahıya paytaxt təmsilçisinin hücumçusu Usman Dembele başçılıq edir. Onun aylıq qazancı 1,5 milyon avro təşkil edir.
İkinci pilləni 1,12 milyon gəlirlə klubun kapitanı Markinyos tutur. Əşraf Hakimi ilə Lukas Ernandes isə 1,1 milyon avro ilə üçüncü və dördüncü yerləri bölüşdürürlər.
İlk “onluq”da, həmçinin Uorren Zair-Emeri (950 min avro), Vitinya, Xviça Kvaratsxeliya, Joau Neveş (hamısı 900 min avro), Nunu Mendeş, Villian Paço və Fabian Ruis də (hamısı 800 min avro) yer alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 02 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















