Lisandro Martines Mançester Yunayted lə müqavilə müddətini yeniləməyəcək
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Lisandro Martines rəhbərliyi açıq şəkildə tənqid etdikdən sonra komanda ilə sözləşmənin müddətini uzatmağı planlaşdırmır.
Argentinalı futbolçu UEFA Çempionlar Liqasında "Atletiko"ya məğlubiyyətdən (0:2) sonra texniki direktor Ceyson Uilkosu tənqid edib.
O, digər komandalarla rəqabət aparmaq üçün klubun daha çox futbolçu transfer etməli olduğunu bildirib. Bu fikirlərə görə Mançester təmsilçisi oyunçuya pul cəriməsindən tutmuş qısamüddətli kənarlaşdırmaya qədər sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
28 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır və onun yeni sözləşmə imzalamaqdan imtina edəcəyi bildirilib.
Qeyd edək ki, Lisandro Martines 2026/2027 mövsümündə meydana çıxdığı 7 oyunda 1 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Oktyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















