Icma.az
close
up
RU
Lisey və gimnaziyalara keçiriləın imtahanda saxtakarlıq iddiası... Valideynlər fakt açıqlayır, nazirlik isə yenə araşdırma vədi verir

Lisey və gimnaziyalara keçiriləın imtahanda saxtakarlıq iddiası... Valideynlər fakt açıqlayır, nazirlik isə yenə araşdırma vədi verir

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Lisey və gimnaziyalara V və VI siniflər üzrə keçirilən qəbul imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı iddialar var.

Mia.az xəbər verir ki, bu barədə Pravda.az-a şikayət ünvanlayan valideynlərdən biri bildirib ki, “Votsapp” qrupunda bir gün öncə imtahan sualı paylaşılıb.

İmtahandan sonra məlum olub ki, həmin sual məhz V siniflərin qəbul imtahanına salınıb: “Bizə əvvəlcədən bildirilmişdi ki, imtahana saat taxmaq olar. Amma oğlum Kimya-Biologiya Təmayüllü Respublika Liseyində keçirilən imtahana girərkən qolundakı adi saatı “ağıllı saat” adı ilə çıxarıblar, ona “yalançı” deyiblər. Bu da övladıma çox pis təsir edib, o, imtahanda həyəcanlanıb. Uşaq ayda bir dəfə bu liseyə sınaq imtahanına gedirdi, balı 50-dən aşağı olmayıb. Bina ona tanışdır deyə imtahanda da oranı seçdik. Nəzarətçi deyib ki, məndən vaxt barədə heç nə soruşmayın, özüm yarım saatdan bir məlumat verəcəyəm, amma məlumatlandırmayıb. Oğlum nəzarətçidən imtahanın bitməsinə nə qədər vaxt qaldığını soruşanda nəzarətçi əvvəl 1 saat 15 dəqiqə qaldığını desə də, bir müddət sonra vaxtı səhv dediyini, az vaxt qaldığını bildirib. Uşaq həyəcan keçirib. Bütün bunların qəsdən planlı şəkildə edildiyini düşünürük. Həmişə imtahandan müsbət əhvalda çıxıb həyət qapısına gələn uşaq bu dəfə pilləkəni düşə bilmədi. 27 iyunda keçirilən VII siniflərin qəbul imtahanından bir gün qabaq "Votsapp" qrupunda paylaşılan sual 27 iyunda imtahana düşdü. Məlum oldu ki, imtahan sualları satılıb. Qrupa sualı atan valideynlə əlaqə kəsildi, qrupdan çıxdı. Sualların satılması barədə əlimizdə başqa məlumatlar da var. İl boyu hazırlıqlara niyə o qədər pul tökürdük? Pul əhəmiyyətli deyil, uşağımı niyə bu qədər əziyyətə, stressə salırdım? Düşündük ki, dövlət liseyidir, hər şey şəffafdır. Əgər suallar əvvəlcədən veriləcəkdisə, niyə uşaqlarımız bu qədər əziyyət çəkirdi? Aidiyyəti üzrə qurumlara müraciət etmişəm. Bizə deyirlər ki, araşdırılacaq".

Sayt məsələni sosial şəbəkələrdə də araşdırıb. Məlum olub ki, 27 iyunda keçirilən lisey və gimnaziyalara V və VI siniflərin qəbul imtahanında saxtakarlığa yol verilməsi ilə bağlı xeyli şikayətlər var.

Məsələni araşdırmaq üçün Təhsil İnstitutuna sorğu ünvanladıq. Qurumdan verilən açıqlama isə belə olub: "Hazırda Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır, qısa zamanda ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri