Icma.az
close
up
RU
Valideynlər çaş baş qalıblar: Lisey və gimnaziyalara qəbul qaydaları son anda dəyişdirildi

Valideynlər çaş baş qalıblar: Lisey və gimnaziyalara qəbul qaydaları son anda dəyişdirildi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında edilən gözlənilməz və sərt dəyişikliklər valideynlər arasında böyük narazılıq və etiraz dalğası yaradıb.

Oxu.Az xəbər verir ki, narazılığın əsas səbəbi Təhsil İnstitutunun ötən gün yaydığı məlumatadır.

Həmin məlumatda bir sıra lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi açıqlanıb ki, bu da yüzlərlə valideynin övladları ilə bağlı planlarını alt-üst edib.

"Lisey və gimnaziyaların qəbul qaydalarına olunan anlaşılmaz dəyişikliklərə izah verən yoxdur. Yayılan məlumatdan belə aydın olur ki, artıq 4-cü və 5-ci sinif şagirdləri builki imtahanlarda iştirak edə bilməyəcəklər. Amma bizim uşaqlar iki ildir ki, imtahana hazırlaşırdılar. Niyə bu qərar ilin əvvəlində yox, imtahana bir neçə gün qalmış verilib?" - deyə şikayətçi valideynlərdən biri bildirib.

"Hər ay nazirlik sınaq imtahanları təşkil edib, hər şagirddən nə qədər pul yığılıb. Repetitorlara il ərzində nə qədər pul xərclənib. İndi isə imtahana sayılı günlər qaldıqda ləğv olunur - adını Təhsil İnstitutu qoyan qurum niyə bu qərarı təhsil ilinin əvvəlində verməyib?" - deyə digər valideyn həmkarını dəstəkləyib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri