Icma.az
close
up
RU
Litva Azərbaycan matçını səbirsizliklə gözləyirəm Deyvidas Çesnauskis

Litva Azərbaycan matçını səbirsizliklə gözləyirəm Deyvidas Çesnauskis

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Litva - Azərbaycan matçını səbirsizliklə gözləyirəm" - Deyvidas Çesnauskis

"Əvvəla, milli komandalar arasında bu matçı səbirsizliklə gözləyirəm. Düşünürəm ki, komandalar təxminən eyni səviyyədədirlər. Ona görə də bizi çox maraqlı və gərgin bir mübarizə gözləyir".

Bu sözləri QOL.az saytına açıqlamasında Litva millisinin və "Bakı"nın sabiq futbolçusu Deyvidas Çesnauskis deyib. O, Millətlər Liqasının 2026/27 mövsümündə Azərbaycan yığması ilə Litva millisi arasında keçiriləcək görüşlər haqda fikirlərini bölüşüb. 

D Liqasının 2-ci qrupunda mübarizə aparacaq sözügedən komandalar sentyabrın 27-də Litvada, oktyabrın 4-də isə Azərbaycanda qarşılaşacaqlar.

44 yaşlı sabiq yarımmüdafiəçi isə açıqlamasında Litva millisinin güclü tərəflərindən söz açıb: "Komandamız həqiqətən keyfiyyətlidir. Oyunçular həmişə meydanda, xüsusən də rəqabətli matçlarda əllərindən gələni edirlər. Həm hücumda, həm də standart vəziyyətlərdə fərq yarada bilən keyfiyyətli və intizamlı futbolçularımız var".

O bildirib ki, bu matçları taleyini müəyyən detallar həll edəcək: "Düşünürəm ki, çox şey futbolçuların oyuna yanaşmasından, taktikadan və kimin fürsətlərindən ən yaxşı şəkildə istifadə etməsindən asılı olacaq. Bu kimi oyunlarda detallar çox vaxt hər şeyi həll edir. Gərgin bir oyun gözləyirəm və əminəm ki, azarkeşlər əsl futbol döyüşü izləyəcəklər".

D.Çesnauskis Azərbaycan - Litva oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırdığını da söyləyib: "Bəli, bu barədə düşünürəm. Amma səfəri hələ dəqiq planlaşdırmamışam. Əlbəttə ki, Bakıya getmək istərdim. Əvvəllər də qeyd etdiyim kimi, Bakı orada yaşadığım 3 il ərzində həyatımda çox güclü iz buraxıb. Bakı ilə bağlı çoxlu isti və gözəl xatirələrim var. Həm futbol, ​​həm də şəxsi həyat baxımından. Ona görə də oraya qayıtmaq mənim üçün həqiqətən xüsusi olardı".

Qeyd edək ki, D.Çesnauskis 2011-2014-cü illərdə "Bakı"nın formasını geyinib. O, 15 il - 2001-2016-cı illərdə Litva millisində oynayıb.

Ramiq Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 Fevral 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri