Litva hökuməti istefa verdi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baş nazir İnqa Ruginenenin başçılıq etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini rəsmən açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında bütün hökumət üzvlərinin ortaq razılığı əsasında qəbul edilib.
"Bütün çətinliklərə rəğmən, dövlətin və xalqın rifahı naminə gördüyümüz işlərlə fəxr etməyə haqqımız var. Bu gün istefa qərarını təsdiqləyirik", - deyə baş nazir çıxışında bildirib.
Xatırladaq ki, baş nazir və bütövlükdə hökumətin istefa verməsi hakim koalisiyada yaranmış siyasi dəyişikliklərlə bağlıdır. İyun ayının əvvəlində Litva Sosial Demokrat Partiyasının "Neman üzərində şəfəq" partiyasını populist siyasətdə günahlandıraraq onunla əməkdaşlığı pozmasından sonra koalisiyanın yenidən qurulması məsələsi aktuallaşıb. Litva naminə Demokratlar partiyası isə koalisiyanın yeni tərəfdaşına çevrilib. Məhz bu siyasi dəyişikliklər fonunda hökumətin yenidən formalaşdırılması barədə qərar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 23 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















