Litvada çərkəz soyqırımına dair beynəlxalq konfrans keçirilib FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
2025-ci il dekabrın 17-də Vilnüsdə – Litva Seymində “Tarix və müasir siyasət kontekstində çərkəz soyqırımı” adlı beynəlxalq konfrans baş tutub.
Doğru.az xəbər verir ki, Birləşmiş Çərkəz Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə 1763-1864-cü illərdə Çar Rusiyasının çərkəzlərə qarşı apardığı etnik təmizləmə siyasəti müzakirə olunub. Tarixi məlumatlara görə, həmin dövrdə yüzminlərlə çərkəz öldürülüb, yaşayış yerləri dağıdılıb və xalqın bir hissəsi sürgün edilib.
Konfransda Azərbaycanın “İpək Yolu Mədəni və Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk videobağlantı vasitəsilə çıxış edib. O bildirib ki, Qafqaz xalqlarının soyqırımları bir-birinə bənzəyir və bunlar Rusiyanın siyasətinin nəticəsidir: “Bu gün rus şovinizminin qanlı siyasəti nəticəsində krım tatarları, çərkəzlər, kalmıklar, noqaylar və tatarlar doğma yurdlarında təzyiq və zorlama ilə üzləşirlər. Çərkəz xalqına ədalətin zəfər çalacağı günlərin nəsib olmasını arzulayıram.”
Tədbirdə alimlər və vətəndaş cəmiyyəti nümayəndələri Rusiya Federasiyasında yaşayan çərkəzlərin dil, mədəniyyət və kimlik baxımından ciddi təzyiq altında olduğunu, çərkəz dilində təhsilin sistematik şəkildə azaldıldığını və geri qayıtmaq hüququna maneə törədildiyini qeyd ediblər.
Konfransın sonunda çərkəz nümayəndələri Litva Seyminə çərkəz soyqırımının tanınması üçün rəsmi sənəd təqdim ediblər.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 20 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















