Livan atəşkəsdən sonra sərhədə qoşun göndərdi
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Livan ordusu İsraillə əldə edilən atəşkəs razılaşmasından sonra ölkənin cənubuna yerləşmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, azı 10 min əsgər və minlərlə hərbi texnika ölkənin cənubuna cəlb edilib. Bildirilir ki, əsgərlərin yerləşdirilməsi atəşkəs razılaşmasına uyğun olaraq həyata keçirilir. Məsələ barədə açıqlama verən Livanın müdafiə naziri Maurice Sleem hökumətin ölkənin cənubuna 10 min əsgər göndərdiyini bəyan edib. Onun sözlərinə görə, “Hizbullah” atəşkəs razılaşmasına uyğun olaraq ölkənin cənubundakı mövqelərdən geri çəkiləcək. Qeyd edək ki, İsrail Livanda atəşkəs elan edib. Atəşkəs təklifi ABŞ tərəfindən irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:Livan MN: İsraillə sərhədə qoşun göndərilir
27 Noyabr 2024 13:28
Livan sərhədə ordu toplayır
27 Noyabr 2024 13:00
Livan İsraillə sərhədə ordu yeritdi
07 Yanvar 2025 23:11
Suriya və Livan atəşkəsdən sonra sərhədin demarkasiyasını müzakirə ediblər
15 Aprel 2025 10:41
Livan İsraillə sərhədə 5 min əsgər göndərəcək
26 Noyabr 2024 15:59
Baxış sayı:150
Bu xəbər 28 Noyabr 2024 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















