Məşhur reper qəzaya düşdü
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı reper "2 Chainz" avtomobil qəzasında xəsarət alıb.
Axşam.az xəbər verir ki, əsl adı Tauhed Epps olan 48 yaşlı sənətçi hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, ABŞ-nin Atlanta şəhərində idarə etdiyi narıncı rəngli “Tesla Cybertruck” markalı avtomobilə qarşıdan gələn başqa bir maşın çırpılıb. Reperin sözlərinə görə, digər sürücü yolda gördüyü heyvanda yayınmağa çalışarkən onun avtomobilinə çırpılıb.
Qəza nəticəsində reperin qabırğaları sınıb. O, hazırda evdə istirahət etdiyini və səhhətinin yaxşı olduğunu bildirib.
"2 Chainz" paylaşımında hadisə zamanı spirtli içki və ya narkotik maddə qəbul etmədiyini, yuxulu olmadığını, həmçinin avtomobilin avtopilot rejimində hərəkət etmədiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, reper qəza zamanı avtomobilində olub. Hadisə noyabrın 22-də baş verib. Sənətçi bir neçə gün əvvəl də təxminən 200 min dollar dəyərində olduğu bildirilən avtomobilinin ciddi zədələnmiş görüntülərini paylaşmışdı.
Baxış sayı:107
Bu xəbər 25 Noyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















