Rusların sağsükanlı “Toyota” sevgisi
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
2026-cı ilin ilk 10 ayında Rusiyaya yaşı üçdən çox olan 368 400 avtomobil idxal edilib.
Avtosfer.az xəbər verir ki, Yaponiyadan sağsükanlı avtomobil idxalı artıb, Koreya və Belarusdan idxal azalıb.
Hesabat dövründə Gündoğar ölkədən 218 200 işlənmiş avtomobil gətirilib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur.
Sağsükanlı avtomobillərin həcminə görə 33 faizlə “Toyota” liderlik edir. Növbəti yerdə 29,6 faizlə “Honda”, 9,3 faizlə “Suzuki” və 5,3 faizlə “Mazda” gəlir.
Maraqlıdır ki, illərdir davam edən antiyapon təbliğatı, vətənpərvərlik dəstləri rusların Yaponiya avtomobillərinə marağı səngitmir. Görünür, yapon keyfiyyəti kiselyovların, solovyovların, kabayevaların, simonyanların aqressiyasından daha güclüdür.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















