Livan baş nazirinin müavini: Ölkəmizin ərazisindən Suriyaya hər hansı təhlükənin yaranmasına yol verilməyəcək
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Livan hakimiyyəti ölkə ərazisindən qonşu Suriyanın sabitliyinə hər hansı təhlükənin yaranmasına yol verməyəcək.
APA xəbər verir ki, bu barədə Livanın baş nazirinin müavini Tarek Mitri "Al Hadath" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Livanın üzərinə qonşu dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək və ya onun ərazi bütövlüyünü sarsıdan istənilən fəaliyyətin qarşısını almaq məsuliyyəti düşür.
Tarek Mitri vurğulayıb ki, Livan ərazisi heç bir halda Suriyaya qarşı hücumlar üçün plasdarm kimi istifadə olunmayacaq.
Baş nazirin müavini əlavə edib ki, hökumət bəzi ərəb KİV-lərində Livanda gizlənən keçmiş Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarının fəallaşması ilə bağlı yayılan məlumatlardan narahatdır.
Onun sözlərinə görə, təhlükəsizlik orqanları bu məlumatların doğruluğunu diqqətlə araşdıracaq və zəruri tədbirlər görəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Yanvar 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















