Livanda beşmərtəbəli bina çöküb, ölənlər var
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 fevral, AZƏRTAC
Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın çökməsi nəticəsində azı altı nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə rəsmi internet saytında yayımlanan açıqlamasında bildirib.
“Hazırda dağıntılar altından altı cəsəd çıxarılıb, daha yeddi nəfər isə sağ xilas edilib. Yaralılar xəstəxanaya yerləşdirilib”, – deyə mer qeyd edib. Onun sözlərinə görə, xilasetmə işləri davam edir və ölənlərin, eləcə də yaralananların sayının artacağı istisna olunmur.
Əbdül Həmid Kərimə vurğulayıb ki, son günlərdə güclü yağışlardan sonra iki yaşayış binasının uçduğu qədim Bab əl-Təbbənə məhəlləsinin fəlakət zonası elan edilməsi üçün hökumətə müraciət edib.
“Hazırda qəzalı vəziyyətdə olan qonşu binalardan sakinlərin təxliyəsi təcili şəkildə həyata keçirilir”, – deyə Tripoli meri əlavə edib.
Baxış sayı:183
Bu xəbər 09 Fevral 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















