Livanda fransız əsgərlərə hücum olub
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) daxil olan fransız əsgərləri hücuma məruz qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hücum nəticəsində itki olmayıb.
"Həmin gün Fransa sülhməramlılarından ibarət UNIFIL patrulu da atəşə tutulub, lakin onlardan heç biri xəsarət almayıb", - deyə bildirilib.
Fransa Xarici İşlər Nazirliyi də bir daha atəşkəsə və bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə çağırıb.

Qadın əsgərlərə hücum etdi
04 Mart 2025 15:55
Əsgərlərə təlimat: Özünüzü öldürün
13 Yanvar 2025 16:31
Livanda fransız dilinin mövqeyi zəifləyir AZƏRTAC
21 Yanvar 2025 07:56
Ukrayna ordusunda əsgərlərə işgəncə verilir? AÇIQLAMA
18 Dekabr 2024 18:59
Bank Respublika əsgərlərə Novruz sevinci yaşatdı
17 Mart 2025 10:48

