“Livanın adı razılaşma mətnində açıq şəkildə qeyd edilib” Pakistanın ABŞ dəki səfiri
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Pakistanın ABŞ-dakı səfiri Rizvan Səid Şeyx rəsmi olaraq təsdiqləyib ki, Livan ABŞ, İran və əlaqədar tərəflər arasındakı atəşkəs razılaşmasının bir hissəsidir.
"Report"un "Mehr" Xəbər Agentliyinə istinadən məlumatına görə, səfir bu barədə CNN-in efirində danışıb.
"Əldə edilmiş razılaşmalara və Pakistanın vasitəçilik roluna əsasən, Livan açıq şəkildə atəşkəs razılaşması çərçivəsinə daxil edilib. Bu məsələ tərəflər tərəfindən tam razılaşdırılıb və bu barədə heç bir qeyri-müəyyənlik yoxdur", - səfir bildirib.
O əlavə edib ki, İslamabad son danışıqlar zamanı atəşkəsin əhatəli olmasının zəruriliyini vurğulayıb və bura Livanda hərbi əməliyyatların tamamilə dayandırılması da daxildir.
Şeyx Pakistan, ABŞ və İran rəsmiləri arasında aparılan danışıqlara işarə edərək vurğulayıb ki, bu məsələnin əleyhinə olan hər hansı yozum ilkin razılaşmanın mətni ilə ziddiyyət təşkil edir.
"Pakistan bu prosesi asanlaşdıran ölkələrdən biri kimi Livanın atəşkəsin əhatə etdiyi bölgələr siyahısında açıq şəkildə qeyd edildiyinin şahidi olub. Biz hesab edirik ki, Livanı əhatə etmədən bu razılaşmanın tam icrası mümkün olmayacaq", - o sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 09 Aprel 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















