Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

“Liverpul” xal fərqini bir qədər də artırdı

“Liverpul” xal fərqini bir qədər də artırdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionluğa iddialı komandalardan biri qələbələri sıralayırsa, o biri ardıcıl üç oyunda qələbə qazana bilmirsə, onda intriqanı bitmiş saymaq olar.

“Liverpul” – “Arsenal” rəqabətinin xarakteristikası belədi. Premyer-liqada üst pillələrlə bağlı əsas intriqa ÇL-ə qalan vəsiqələrin kimə qismət olacağıdı ki, bu yöndə vəziyyət tez-tez dəyişir.
Premyer-liqanın sonuncu komandası ilə qarşılaşma “Liverpul” üçün asan olmadı. Lider “Sauthempton”un ciddi müqaviməti ilə üzləşdi. Və ilk yarı qonaqların üstünlüyü şəraitində bitdi. Onlar fasilə ərəfəsində hesabı açdı – Smollboun Alisson ilə Van Diyk arasındakı anlaşmazlıqdan yararlandı. “Liverpul” ilk yarıda hücumda heç nə ilə yadda qalmadı. Böyük ərazi üstünlüyü təhlükəli vəziyyətlərlə müşayiət olunmadı.
Slot fasilədə futbolçularına nə demişdisə, onlar 2-ci hissəyə tam fərqli əhval-ruhiyyə ilə çıxdı. Və cəmi 4 dəqiqə ərzində oyunun axarı liderin xeyrinə dəyişdi. Nunyes əvvəlcə Diasın asmasından sonra hesabı bərabərləşdirdi, ardından penalti qazandı. Salah isə zərbəni dəqiq yerinə yetirdi. Meydan sahibləri bundan sonra yenidən tempi aşağı saldı. Çox güman, onlar PSJ ilə ÇL oyununu düşünürdü.
“Sürüşkən” hesab yetərincə uzun müddət qorundu. “Müqəddəslər” təhlükəli əks-hücumlar qurmaqda çətinlik çəkirdi. Uzaqbaşı Arçerin yaxın küncə zərbəsini xatırlamaq olar ki, onda da Alisson yıxılmaqla təhlükəni sovuşdurdu. Meydanın rəqibə aid hissəsində “lövhər salan” “qırmızılar” final fiti ərəfəsində daha bir penalti qazandı – Suqavaranın əllə oynamasında görə referi yenə “nöqtə”ni göstərdi. Bu dəfə də topun arxasına Salah keçdi. Əzmkar qələbə qazanan “Liverpul” çempionluq yolunda daha bir addım atdı.
Turun mərkəzi oyunlarından birində “Nottingem Forest” “Mançester Siti”ni qəbul etdi. Liqanın 3-cü komandasının dördüncünü məğlub etməsi məntiqli görünür. Ancaq daha usta oyunçulara malik “Siti” bu dueldə favorit sayılırdı. Sadəcə, “meşəçilər”in nağılı davam edir. Onlar ÇL-ə vəsiqəni əldən vermək niyyətindən uzaqdı. Oyunun böyük bölümü yetərincə sönük mübarizə şəraitində keçdi, təhlükəli vəziyyətlər olmadı, qapıçılar ustalığını göstərmədi.
Əlbəttə, “şəhərlilər” topa daha çox nəzarət edir, tez-tez rəqib qapısına yaxınlaşırdı, ancaq təhlükə burdan o yana böyümürdü. “Nottingem” səbirlə şansını gözləyirdi. Nəhayət, sonda bəxt meydan sahiblərinin üzünü güldü. Daha doğrusu, Ederson Hadson-Odoinin yaxın küncə vurduğu o qədər də çətin olmayan zərbənin qarşısında aciz qaldı. “Şəhərlilər”in məğlubiyyətdən qurtulmaq üçün vaxtı qalmamışdı.
“Çelsi” ilk dövrədə səfərdə “Lester” üzərində çətin qələbə qazanmışdı. “Tülkülər”lə ev oyunu da asan olmadı. Belə düşünmək olardı ki, fevralda hamıya uduzan “Lester” “Stemford Bric”də favoritə necə problem yarada bilər? Çox problem. Birincisi, qonaqlar Palmerə qarşı müdafiədə dəqiq oynadı. İkincisi, Palmer penaltini boşa verdi, Hermansen psixoloji mübarizədə onu üstələdi. Üçüncüsü, meydan sahibləri bütün gücünü ortaya qoya bilmədilər, axı bir neçə gün əvvəl səfərdə “Kopenhagen”lə qarşılaşmışdılar. Bu oyunun taleyini yeganə qol həll etdi. Oyunu çox yüksək səviyyədə keçirən Kukurelya 60-cı dəqiqədə qapının aşağı küncünü dəqiq nişan aldı. “Çelsi” bu qələbə sayəsində MS-ni arxada qoyaraq 4-cü pilləyə yüksəldi. Van Nistelroy “Lester”də heç nə edə bilmir. Bu gedişlə “tülkülər” növbəti mövsümə çempionşipdə başlayacaq.
Amorim böhranda olan komandası üçün “Arsenal”ın hədsiz çətin rəqib olacağından çəkinirdi. Ancaq “Mançester Yunayted” bu oyunda “qapazaltı uşaq” təsiri bağışlamadı. İlk yarıda topa daha çox sahib olan “topçular” rəqibi sıxsa da, qapıya zərbələrin sayı yox dərəcəsində idi. MY isə dözür və əks-hücumlarla cavab verirdi. Mankunianlar fasilə ərəfəsində Fernandeşin cərimə zərbəsini ustalıqla yerinə yetirməsi sayəsində hesabı açdı. Meydan sahibləri 2-ci hissədə daha yaxşı oyun göstərdi, rəqibi tez-tez əks-hücumda yaxaladı. Onların fərqi artırmaq üçün bir neçə imkanı oldu. Ancaq ya futbolçular həlledici anda dəqiq oynamır, ya da Rayya komandasını xilas edirdi. Əvəzində “Arsenal” 74-cü dəqiqədə hesabı bərabərləşdirdi. Bundan sonra hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişmədi. MY onsuz da ölkədaxili hədəflərindən çox uzaq düşüb. Ardıcıl 3-cü oyunda qələbə qazana bilməyən “Arsenal”ın da çempionluq arzusu ilə vidalaşması məsləhətdi.
“Tottenhem” artıq avrokuboklardan əlini üzüb. “Bornmut”u qəbul edən “mahmızlar” 0:2 geri düşdüyü oyunda çətinliklə məğlubiyyətdən qaçdı. “Brayton” isə hələ də avrokuboklara vəsiqəyə iddialıdı. “Qağayılar” hesabat turunda “Fulhem”ə qalib gəldi. “Kristal Pelas” “İpsviç”i, “Aston Villa” “Brentford”u yeganə qolla məğlub etdi.
“Vulverhempton” – “Everton” oyunu heç-heçə bitdi. Turun son oyununda “Vest Hem”i məğlub edən “Nyukasl” 6-cı pilləyə yüksəldi.
28-ci tur
Liverpul – Sauthempton 3:1

Nunyes, 52. Salah, 53-p.; 88-p. Smollboun, 45+1. (60399)
Liverpul: Alisson, Aleksander-Arnold (Kuansa, 89), Konate, Van Diyk, Simikas (Robertson, 46), Soboslai (Makallister, 46), Qravenberx (Endo, 81), Cons (Elliott, 46), Salah, Nunyes (Jota, 68), Dias.
Nottingem Forest - Mançester Siti 1:0
Hadson-Odoi, 83. (30252)
MS: Ederson, Nunyeş (Lüis, 61), Xusanov, Diaş, Qvardiol, Niko (Kovaçiç, 62), B.Silva, Savinyo (Marmuş, 69), Foden (De Bruyne, 69), Dokyu, Holann.
Çelsi – Lester 1:0
Kukurelya, 60. (39750)
Çelsi: Sançes, Fofana (Çaloba, 73), Adarabioyo, Koluill, Kukurelya, Kaysedo, Fernandes, Neto, Palmer (Corc, 73), Sanço, Nkunku (Açimponq, 89).
Mançester Yunayted – Arsenal 1:1
Fernandeş, 45+2 – Rays, 74. (73812)
MY: Onana, Lindelöf, De Liqt, Yoro (Heven, 46), Mazraui, Eriksen (Kollyer, 76), Kazemiro, Dalot, Qarnaço, Fernandeş, Zirkzee (Heylunn, 76).
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Kalafyori (Lüis-Skelli, 58), Edeqor, Parti (Tirni, 76), Rays, Nvaneri (Martinelli, 58), Merino, Trossar.
Tottenhem – Bornmut 2:2
Sarr, 67. Son Hın Min, 84-p. – Tavernye, 42. Evanilson, 65. (61178)
Tottenhem: Vikario, Porro (Udoci, 87), Romero (Van de Ven, 61), Danso, Spens, Bissuma (Berqvall, 46), Bentankur (Meddison, 61), Sarr, Conson (Son Hın Min, 46), Solanke, Odober.
Brayton – Fulhem 2:1
Van Hekke, 41. Pedro, 90+8-p. – Ximenes, 35. (31584)
Kristal Pelas – İpsviç 1:0
Sarr, 82. (25155)
Brentford – Aston Villa 0:1
Uotkins, 49. (17171)
Vulverhempton – Everton 1:1
Munetsi, 41 – Harrison, 33. (30738)
Vest Hem – Nyukasl 0:1
Gimarayns, 63.
1. Liverpul 29 21 7 1 69-27 70
2. Arsenal 28 15 10 3 52-24 55
3. Nottingem F. 28 14 7 7 45-33 51
4. Çelsi 28 14 7 7 53-36 49
5. Mançester S. 28 14 5 9 53-38 47
6. Nyukasl 28 14 5 9 47-38 47
7. Brayton 28 12 10 6 46-40 46
8. Aston Villa 29 12 9 8 41-45 45
9. Bornmut 28 12 8 8 47-34 44
10. Fulhem 28 11 9 8 41-38 42
11. Kristal Pelas 28 10 9 9 36-33 39
12. Brentford 28 11 5 12 48-44 38
13. Tottenhem 28 10 4 14 55-41 34
14. Mançester Y. 28 9 7 12 34-40 34
15. Everton 28 7 12 9 31-35 33
16. Vest Hem 28 9 6 13 32-48 33
17. Vulverhempton 28 6 5 17 38-57 23
18. İpsviç 28 3 8 17 26-58 17
19. Lester 28 4 5 19 25-62 17
20. Sauthempton 28 2 3 23 20-68 9
Bombardirlər: Salah (Liverpul) - 27, Holann (MS) - 20, İsak (Nyukasl) – 19, Vud (Nottingem Forest) - 18, Mbemo (Brentford) – 15.
Turun rəqəmi
1 – Palmer karyerasında ilk dəfə penaltini boşa verdi. “Lester”in qapıçısı Hermansen onunla mübarizədən qalib ayrıldı. 22 yaşlı yarımmüdafiəçi indiyə qədər yerinə yetirdiyi 17 penaltinin hamısını qola çevirmişdi.
Turun ulduzu
Kallum Hadson-Odoi (Nottingem Forest) – “Siti”yə qalib gələn “meşəçilər”un bir neçə oyunçusunu fərqləndirmək olar. Ancaq biz Hadson-Odoinin üzərində dayandıq. Ona görə ki, parlaq oyun göstərməklə və komandasına faydalı olmaqla yanaşı, qələbə topunu da vurdu.
Turun sitatı
Rio Ferdinand, MY-nin sabiq müdafiəçisi:

“Çempionlar Liqasında iştirak Pep Qvardiolanı düşündürən yeganə məsələdi. O, heç vaxt başqa himn eşitməyib. Qvardiola yalnız ÇL-in himninə öyrəşib, Avropa Liqasının himninin nə olduğunu bilmir. “Siti”nin bundan başqa hədəfi yoxdu”.


Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“İlk yarı hədsiz uğursuz oldu – oyuna nəzarəti tam əldən vermişdik. Oyunumuzu nəzərə alsaq, buraxılan qol məni təəccübləndirmədi. Fasilədə bəzi sərt qərarlar verdim ki, komandanın aqressivliyini və qəzəbini artırım. Xoşbəxtlikdən dəyişikliklər istədiyim kimi alındı, oyunun axarını dəyişməyimizə yardım etdi”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Komanda daha keyfiyyətli oyun göstərməlidi, Çempionlar Liqasına vəsiqə qazanmaq üçün daha çox çalışmalıyıq. Vəziyyət yaxşı olmasa da, işimizi davam etdirməliyik. Cəmi 10 tur qalır. “Brayton”la oyundan sonra vəziyyətimizə aydınlıq gələcək”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Hazırda vahid komanda olmağa, qələbə qazanmağa çalışırıq. İkinci hissədə daha bir qol vurmağa yaxındıq. Rəqabətədavamlı komanda kimi göründük ki, bu da çox vacibdi. Qələbə qazanmaq üçün imkanlarımız oldu. “Arsenal” isə heç-heçə etmək üçün böyük qüvvə ilə irəli atılırdı”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“İlk yarıda yetərincə yaxşı təsir bağışlasaq da, MY-nin qapıçısını çox narahat etmədik. Yaxşı imkanlarımız var idi. Ancaq ya dəqiq zərbə, ya da sonuncu ötürmə çatışmırdı. Bu şanslardan yararlanmadıq, tələsməyə, təkbətək mübarizələrdə uduzmağa başladıq, nəticədə bunun əvəzini məğlubiyyət ilə də ödəyə bilərdik”.


Faktlar
* Penaltidən iki qol vuran Salah “Liverpul”un formasında vurduğu topların sayını 243-ə çatdırmaqla klub tarixində 3-cü pilləyə yüksəldi. 390-cı oyunda buna nail olan misirli ulduz bombardirlər siyahısında yalnız Rocer Hant (492 oyunda 285 qol) ilə İan Raşdan (660 oyunda 346 qol) geri qalır. O, 377 oyunda 2241 qol vuran əfsanəvi Qordon Hocsonu arxada qoydu. Premyer-liqada 184-cü dəfə fərqlənən Salah ümumi bombardirlər siyahısında 5-ci pilləni Aquero ilə bölüşür. Premyer-liqa tarixinin bombardiri isə Alan Şirerdi (260).
* MS premyer-liqanın cari mövsümündə 9-cu dəfə uduzdu. Mankunianlar Qvardiolanın dönəmindəki ən zəif nəticəsini təkrarladı. “Şəhərlilər” sonuncu dəfə 2019/20 mövsümündə belə aqibətlə üzləşmişdi.
* “Nottingem Forest”i çalışdıran Nunu Eşpiritu Santu premyer-liqa çərçivəsində Qvardiolanı 4-cü dəfə məğlub etdi. Portuqaliyalının komandaları indiyə qədər Qvardiolanın komandası ilə duellərdən 4 dəfə qalib ayrılıb. İspaniyalı mütəxəssisi premyer-liqada bundan daha çox yalnız “Liverpul”un sabiq çalışdırıcısı Yürgen Klopp məğlub edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri