Icma.az
close
up
RU
PSJ izləyiciləri ilə xal fərqini bir qədər də artırdı

PSJ izləyiciləri ilə xal fərqini bir qədər də artırdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Liqa 1-də 23-cü turdan sonra lider PSJ ilə izləyiciləri arasındakı xal fərqi bir qədər də artdı.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu indi “Marsel”dən artıq 13 xal irəlidədi. Luis Enrikenin komandası səfərdə “Lion”u 3:2 hesabıyla məğlub etməklə fərqi daha da açdı. “Marsel” isə heç kimin gözləmədiyi halda, səfərdə “Oser” önündə darmadağın oldu – 0:3.
Bəlkə də cənublular belə aqibətlə üzləşməyəcəkdi. Sadəcə, Kornelius 63-cü dəqiqədə meydandan qovulmaqla “Marsel”i çətin duruma saldı. Ona qədər hesab 0:1 idisə, ardından Jubal dubl etməklə fərqi biabırçı həddə çatdırdı. Autsayder “Monpelye”nin öhdəsindən gələn “Nitsa” 3-cü pillədəki mövqeyini qorudu.
Turun mərkəzi oyununda “Lill” “Monako”nu qəbul etdi. “Şimallı itlər” bu vacib oyundan qələbə ilə ayrılmaqla turnir cədvəlində “knyazlar”la yerini dəyişdi.
Qalan oyunların nəticələrini də xatırladaq. Evdə “Brest”lə qolsuz heç-heçəyə razılaşan “Strasbur” 7-ci pillədə qaldı. 8-ci yerdə isə “Lans” qərarlaşıb. Səfərdə “Nant”a uduzan “qan-qızılılar”ın turnir cədvəlindəki mövqeyi dəyişmədi. “Tuluza” səfərdə “Havr”ı darmadağın etdi. “Sent-Etyen” – “Anje” oyununda 6 qol vuruldu – 3:3. “Renn” evdə “Reyms”in öhdəsindən bir qolla gəldi. 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Kalimuendo həm də mövsümdə 10-cu qolunu vurdu.
23-cü tur
Lion – PSJ 2:3

Şerki, 83. Tolisso, 90+2 – Hakimi, 53; 85. Dembele, 59. (57777)
PSJ: Donnarumma, Hakimi, Markinyos, Beraldo, Mendeş, Due (Ruis, 61), Neveş, Vitinya, Dembele (Ramuş, 75), Kvaratsxeliya (L.Ernandes, 68), Barkola (Li Kan İn, 74).
Oser – Marsel 3:0
Perren, 34. Jubal, 75-p.; 90+1. (17183)
Marsel: Rulyi, Murilyo, Kondoqbia (U.Qarsiya, 81), Kornelius, Enrike (Lirola, 81), Bennaser (Mope, 61), Heybyerq, Merlen (Dediç, 61), Rabyo, Qrinvud (Rou, 86), Quiri.
Lill – Monako 2:1
Haraldsson, 22; 42 – Minamino, 45+1. (44177)
Lill: Şevalye, Menye, Aleksandro, Dyakite, Qudmundsson, Mukau, Buaddi, Andre, Haraldsson (Fernandes-Pardo, 77), Devid, Ekpom (Bentaleb, 70).
Monako: Mayetski, Vanderson (Mişal, 89), Sinqo, Mavissa, Dyatta (Enrike, 66), Zakariya (Əl-Musrati, 80), Kamara, Akliuş (İlenihena, 66), Minamino, Ben Seqir, Biret (Embolo, 66).
Renn – Reyms 1:0
Kalimuendo, 10-p. (26818)
Sent-Etyen – Anje 3:3
Kardona, 36; 74. Ekva, 52 – Abdelli, 7-p.; 17; 90+4-p. (30566)
Nant – Lans 3:1
Leru, 36. Simon, 61-p. Elia, 90+5 – Əl-Aynaui, 65-p. (28169)
Havr – Tuluza 1:4
Sumare, 51 – Abuhlyal, 9. Syerro, 56-p. Dennum, 63. Maqri, 78. (17239)
Strasbur – Brest 0:0
(19108)
Nitsa – Monpelye 2:0
Kloss, 30. Budaui, 65. (18519)
1. PSJ 23 18 5 0 62-22 59
2. Marsel 23 14 4 5 50-29 46
3. Nitsa 23 12 7 4 46-27 43
4. Lill 23 11 8 4 38-23 41
5. Monako 23 12 4 7 45-31 40
6. Lion 23 10 6 7 42-30 36
7. Strasbur 23 9 7 7 37-32 34
8. Lans 23 9 6 8 26-25 33
9. Brest 23 10 3 10 35-38 33
10. Tuluza 23 8 6 9 27-26 30
11. Oser 23 7 7 9 34-37 28
12. Anje 23 7 6 10 26-34 27
13. Renn 23 8 2 13 30-32 26
14. Nant 23 5 9 9 28-40 24
15. Reyms 23 5 7 11 26-35 22
16. Sent-Etyen 23 5 4 14 23-53 19
17. Havr 23 5 2 16 19-47 17
18. Monpelye 23 4 3 16 21-54 15
Bombardirlər: Dembele (PSJ) – 17, Qrinvud (Marsel) – 14, Devid (Lill) – 12, Barkola (PSJ) – 11.
Turun rəqəmi
13 il 270 gün – 89-cu dəqiqədə “Nant”ın heyətində meydana çıxan Fransis Koklen bu qəsər uzun fasilədən sonra növbəti dəfə Liqa 1 matçının iştirakçısı oldu. Onun 2011-ci ildə “Loryan”da çıxış edəndən sonra “Arsenal”, “Frayburq”, “Valensiya” və “Vilyarreal”da legioner həyatı yaşadığını xatırladaq.
Turun ulduzu
Əşfər Hakimi (PSJ) – “Lion”la ilk yarısı qolsuz bitən oyunun əsas qəhrəmanı mərakeşli müdafiəçidi. 53-cü dəqiqədə hesabı açdı, sona 5 dəqiqə qalmış isə həlledici qolu vurdu. Bir sözlə, hücumçuların məsuliyyətini boynuna götürdü.
Turun sitatı
Adi Hütter, “Monako”nun baş məşqçisi:

“Çox acı məğlubiyyətdi. Ona görə ki, “Lill” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə birbaşa rəqibimizdi. Son dəqiqəyə qədər döyüşdük. Əlbəttə, yekun nəticə bizi sevindirmir. Bununla belə, məndə elə təəssürat yaranır ki, komandam bir neçə həftə əvvəllə müqayisədə indi daha yaxşı oyun göstərir. Bunu müsbət siqnal kimi qiymətləndirmək olar. Məğlubiyyəti qəbul etmək nə qədər çətin olsa da”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Mart 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri