Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Liverpul” “Çelsi” ilə xal fərqini 7yə çatdırdı

“Liverpul” “Çelsi” ilə xal fərqini 7yə çatdırdı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Premyer-liqada “Liverpul”un qarşısına çıxan yoxdu.

Üstəlik “qırmızılar”ın əsas rəqibləri də müntəzəm xal itirir. Mançester nəhəngləri 18-ci turda da büdrədi. Hələ Londonun nəhəngləri – “Çelsi” ilə “Tottenhem” də onların sırasına qoşuldu. Paytaxtın bir başqa nəhəngi – “Arsenal” turun dünən axşam keçirilən son oyununda “İpsviç”i məğlub etməklə “zadəganlar”ı turnir cədvəlində arxada qoydu.
“Boxing Day”in start matçında “Mançester Siti” növbəti dəfə azarkeşlərini məyus etdi. “Şəhərlilər” evdə “Everton”a qalib gələ bilmədi. Düzdü, Qvardiolanın komandası çempionatda ardıcıl iki məğlubiyyətdən sonra 1 xal qazandı. Amma heç-heçə bu klubu razı sala bilməz.
Əslində oyun meydan sahibləri üçün yaxşı başladı. Onlar dərhal təşəbbüsə yiyələndi, bir neçə təhlükəli vəziyyət yaratdı və bunun da məntiqi nəticəsi kimi erkən qol vurdu. Qvardiolanın komandası ardından fərqi artırmaq üçün bir neçə əlverişli imkanı boşa verdi. Əvəzində qonaqlar hissənin sonunda nadir əks-hücumların birində bərabərlik qolunu vurdu. MS 2-ci hissənin əvvəlində önə çıxmaq üçün daha bir gözəl imkan qazandı. Ancaq 53-cü dəqiqədə penaltini yerinə yetirən Holann Pikfordla dueldən məğlub ayrıldı. Gözlənildiyi kimi, qalan dəqiqələr də “Siti”nin hücumları şəraitində keçdi, ancaq rəqibin sıx müdafiəsini yarmaq mümkün olmadı. “Şəhərlilər”in çempionatda qələbəsiz oyunlar seriyası 4-ə çatdı, Qvardiola komandanı heç cür böhrandan çıxara bilmir. “Everton” isə ardıcıl 3-cü turda top-klubla heç-heçə etdi.
“Çelsi” ilə “Fulhem”in “Stemford Bric”dəki qarşılaşması sensasiya ilə bitdi. Kim düşünə bilərdi ki, qonaqlar meydandan qələbə ilə ayrılacaq?! Özü də hesabı məhz “zadəganlar”, daha dəqiqi, Palmer açdı. 67-ci dəqiqədə Traorenin əvəzinə meydana çıxan Uilson qonaqları xilaskarına çevrildi. O, 82-ci dəqiqədə hesabı bərabərləşdirməklə komandasını ruhlandırdı. 5-ci uzatma dəqiqəsində isə Muniz “Çelsi”ni şoka saldı. Ədalət naminə deyək ki, bu oyunda qələbəni daha çox haqq edən qazandı. “Fulhem” həm özünə, həm də “Liverpul”a Milad hədiyyəsi verdi.
Düşünmək olardı ki, “Bornmut”la oyundakı fiaskodan sonra MS “Vulverhempton”la oyunda qələbə üçün əlindən gələni edəcək. Amma Amorimin komandası bu dəfə də zəif təsir bağışladı. Fasiləyə qədər meydanda bərabər oyun getdi. Komandalar hücuma hücumla cavab verirdi. 2-ci hissə MY üçün pis başladı – Fernandeş meydandan qovuldu. Meydan sahibləri dərhal fərqlənsələr də, Larsenin qolu ofsayd üzündən sayılmadı. Saatın tamamında Kunya kornerdən topu birbaşa qapıya göndərməklə hesabı açdı. Amorim 15 dəqiqə ərzində 5 dəyişiklik gerçəkləşdirməklə məğlubiyyətdən qurtulmağa çalışdı. Ancaq bu da işə yaramadı. Əksinə, 9-cu uzatma dəqiqəsində Hi Çan Hvan fərqi artırdı. Vitor Pereyranın rəhbərliyi altında ardıcıl 2-ci qələbəsini qazanan “canavarlar” hələ də təhlükəli zonadadı. MY isə son 5 çempionat oyununun dördündə uduzub...
“Liverpul”un növbəti qurbanı “Lester” oldu. Hərçənd qonaqlar oyuna yaxşı başlamışdı. Ayyu 6-cı dəqiqədə əks-hücumu qolla bitirdi. “Tülkülər” bundan sonra dərin müdafiəyə çəkildi. Faktiki qalan vaxt ərzində yalnız “Liverpul” hücum etdi. “Qırmızılar”ın təzyiqi yalnız hissənin sonunda nəticə verdi. Qakpo hesabı bərabərləşdirdi, 2-ci hissə başlayan kimi Cons də qonaqları məyus etdi. Meydanda dominantlığı davam etdirən “qırmızılar” sonda daha bir qol vurmaqla əzmkar qələbə qazandı.
Turun qalan oyunlarına gəlincə, “Nottingem” “Tottenhem”i, “Vest Hem” “Sauthempron”u yeganə qolla məğlub etdi. “Nyukasl” “Aston Villa”nın qapısından üç cavabsız qol keçirdi. Ancaq bu nəticədə Duranın 3-cü dəqiqədə birmingemliləri azlıqda qoyması böyük rol oynadı. “Bornmut”la “Kristal Pelas”, “Brayton”la “Brentford” bir-birinin qapısına yol tapa bilmədi.
18-ci tur
Mançester Siti – Everton 1:1
B.Silva, 14 – Ndiay, 36.
MS: Orteqa, Lüis, Akanci, Qvardiol, Ake (Simpson-Pyuzi, 85), B.Silva, Kovaçiç (Gündoğan, 85), Savinyo, Foden, Dokyu (De Bruyne, 75), Holann.
Çelsi – Fulhem 1:2
Palmer, 16 – Uilson, 82. Muniz, 90+5.
Çelsi: Sançes, Hüsto, Adarabioyo, Koluill, Kukurelya, Kaysedo, Fernandes, Sançes, Palmer, Neto, Cekson (Nkunku, 73).
Vulverhempton – Mançester Yunayted 2:0
Kunya, 58. Hi Çan Hvan, 90+9.
MY: Onana, Yoro (Antoni, 63), Maquayr, Martines, Mazraui, Uqarte (Eriksen, 63), Maynu (Kazemiro, 63), Dalot, Dyallo (Qarnaço, 79), Fernandeş, Heylunn (Zirkzee, 79).
Liverpul – Lester 3:1
Qakpo, 45+1. Cons, 49. Salah, 82 – Ayyu, 6.
Liverpul: Alisson, Aleksander-Arnold, Qomes, Van Diyk, Robertson (Simikas, 86), Qravenberx (Endo, 87), Makallister (Elliott, 90+2), Salah, Cons (Soboslai, 77), Qakpo, Nunyes (Jota, 77).
Nottingem Forest – Tottenhem 1:0
Elanqa, 28.
Tottenhem: Forster, Spens, Drequşin (Bissuma, 87), Qrey, Udoci (Porro, 81), Bentankur (Berqvall, 64), Sarr (Meddison, 64), Conson, Kulusevski, Son Hın Min (Verner, 81), Solanke.
Arsenal – İpsviç 1:0
Haverts, 23.
Nyukasl – Aston Villa 3:0
Qordon, 2. İsak, 59. Joelinton, 90+2.
Sauthempton – Vest Hem 0:1
Bouen, 59.
Bornmut – Kristal Pelas 0:0
Brayton – Brentford 0:0
1. Liverpul 17 13 3 1 40-17 42
2. Arsenal 18 10 6 2 35-16 36
3. Çelsi 18 10 5 3 38-21 35
4. Nottingem F. 18 10 4 4 24-19 34
5. Nyukasl 18 8 5 5 30-21 29
6. Bornmut 18 8 5 5 27-21 29
7. Mançester S. 18 8 4 6 30-26 28
8. Fulhem 18 7 7 4 26-23 28
9. Aston Villa 18 8 4 6 26-29 28
10. Brayton 18 6 8 4 27-26 26
11. Brentford 18 7 3 8 32-32 24
12. Tottenhem 18 7 2 9 39-26 23
13. Vest Hem 18 6 5 7 23-30 23
14. Mançester Y. 18 6 4 8 21-24 22
15. Everton 17 3 8 6 15-22 17
16. Kristal Pelas 18 3 8 7 18-26 17
17. Vulverhempton 18 4 3 11 29-40 15
18. Lester 18 3 5 10 22-40 14
19. İpsviç 18 2 6 10 16-33 12
20. Sauthempton 18 1 3 14 11-37 6
Bombardirlər: Salah (Liverpul) - 16, Holann (MS) – 13, Palmer (Çelsi) – 12, İsak (Nyukasl) – 11.
Turun rəqəmi
100 – Salah premyer-liqada ev oyunlarında vurduğu qolların sayını bu həddə çatdırdı. 100 qoldan 98-i “Enfild”ə, 2-si “Stemford Bric”ə təsadüf edib. 2017-ci ildən “Liverpul”un formasını geyən ulduzun əvvəllər “Çelsi”də 13 oyun keçirdiyini də xatırladaq.
Turun ulduzu
Kodi Qakpo (Liverpul) – niderlandlı futbolçi ilə yanaşı, Salahı da ən yaxşı seçə bilərdik. Sadəcə, Qakponun bu oyundakı statistikası daha yaxşıdı. O, həm qol vurdu, həm də misirlinin fərqlənməsinə şərait yaratdı.
Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Avrokuboklara vəsiqə uğrunda mübarizə? Yox, yox, yox. Bizə həm meydanda, həm də meydandan kənarda çox iş görmək lazımdı. Komandanı yaxşı duruma gətirmək üçün məşqin hər dəqiqəsindən yararlanmalıyıq”.


Faktlar
* Palmer 2024-cü ildə “Çelsi”nin heyətindı 26-cı qolunu vurdu. 22 yaşlı yarımmüdafiəçi Hasselbeynkin 2001-ci ildə müəyyənləşdirdiyi klub rekordunu (25) yenilədi.
* MS noyabrın 1-dən bəri premyer-liqanın ən pis komandasıdı. “Siti” bu müddətdə 27 mümkün xaldan 5-ni toplayıb. “Şəhərlilər” 9 çempionat oyununun 2-də heç-heçə edib, 1-də qələbə qazanıb, 6-da məğlub olub. Ümumiyyətlə, noyabrın 1-dən bəri bütün turnirlər çərçivəsində keçirilən 13 oyunda yalnız bir qələbə var.
* Fernandeş cari mövsümdə 3-cü dəfə qırmızı vərəqə aldı. 30 yaşlı portuqaliyalı xavbek MY-nin sabiq müdafiəçisi Nemanya Vidiçin 2008/09 mövsümündə müəyyənləşdirdiyi antirekordu təkrarladı.
* “Çelsi” 1999-cu ildən bəri ilk dəfə 82-ci dəqiqəyə qədər öndə olduğu oyundan məğlub ayrıldı. Həmin vaxt “Arsenal”la oyunda eyni ssenari təkrarlanmışdı – 2:3.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri