“Liverpul” Krupi ilə maraqlanır, “Bornmut” onu 90 milyon avroya sata bilər
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Liverpul” “Bornmut”un 19 yaşlı hücumçusu Eli Krupini izləyir. Krupi “qırmızılar”ın yay transfer hədəfinə çevrilə bilər.
İdman.Biz bu barədə “Caught Offside”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “albalılar” fransız hücumçunu 70-80 milyon funt sterlinqə (80,5-90,5 milyon avro) sata biləcəklərinə inanırlar. “Qırmızılar”dan başqa, Krupi ilə “Çelsi”, “Pari Sen-Jermen” və “Real Madrid” də maraqlanır.
Hücumçu 2025-ci ilin fevral ayından “Bornmut”un oyunçusudur. Bu mövsüm Krupi bütün yarışlarda 22 oyunda meydana çıxıb və səkkiz qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, hücumçunun bazar dəyəri 22 milyon avrodur.
Baxış sayı:128
Bu xəbər 11 Fevral 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















