Liverpul Salaha niyə yeni müqavilə təklif etmir? Səbəbi bilindi
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Liverpul"un hücumçusu Məhəmməd Salahın klubdan hələ də yeni müqavilə təklifi almamasının səbəbinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Liverpul” Salaha anlaşmanın müddəti ilə bağlı fikir ayrılığına görə təklif göndərməyib. Misirlinin "qırmızılar"la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. 32 yaşlı forvard yeni müqavilənin üç mövsümlük olmasını istəyir. Öz növbəsində, "Liverpul" rəhbərliyi Salahın yaşını nəzərə alaraq, potensial müqavilənin vaxtının bir, uzağı iki illik olmasında israr edir.
Hazırda tərəflər təfərrüatları müzakirə edirlər. Razılığa gələ bilməsələr, Salah mövsümün sonunda azad agent kimi "Liverpul"u tərk edəcək.
Mirağa
Baxış sayı:92
Bu xəbər 26 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















