Liverpul son 11 ilin klub antirekordunu qırdı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Liverpul” cari mövsümdə məğlubiyyətlərin sayına görə son 11 ilin ən pis nəticəsini göstərib.
QOL.az xəbər verir ki, İngiltərə Kubokunun 1/4 finalında “Mançester Siti”yə 0:4 hesabı ilə uduzan "mersisaydlı"lar mövsüm üzrə bütün turnirlərdə 15-ci məğlubiyyətini yaşayıb.
Bu göstərici klubun sonuncu dəfə 2014/2015 mövsümündə, Brendan Rocersin rəhbərliyi altında 18 dəfə uduzduğu dövrdən bəri ən zəif nəticədir. Cari mövsüm komanda üçün son onilliyin ən uğursuz mərhələlərindən biri kimi qiymətləndirilir.
Bundan başqa, bu məğlubiyyət “Liverpul”un İngiltərə Kubokundakı ən ağır məğlubiyyətlərindən biri olub. Komanda tarixində yalnız bir dəfə, 1945/1946 mövsümündə “Bolton”a 0:5 hesabı ilə daha böyük fərqlə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 04 Aprel 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















