Liverpul un məşqçisi Barselona nın rəsmisinin cavabını verdi
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
İngiltərədə keçirdiyi ilk mövsümdəcə ''Liverpul''u çempion edən Arne Slot komandasının ulduzlarından olan Luis Diasın ''Barselona''nın maraq dairəsinə düşməsinə münasibət bildirib.
''Barsa''nın idman direktoru Dekunun son açıqlamasında kolumbiyalı vingeri tərifləməsi və onu cox bəyəndiyini dilə gətirməsi diqqət çəkmişdi. 28 yaşlı Dias bu mövsüm ''Liverpul''da forma geydiyi 49 rəsmi oyunda aktivinə 17 qol, 8 məhsuldar ötürmə yazıb. Slot bunları deyib:
''Hər klubun transfer mövzusunda öz siyasəti var. Siz də gözəl bilirsiz ki, mən müqavilə ilə bizə məxsus olmayan futbolçular barədə danışmağı xoşlamıram. Dias əla mövsüm keçirdi. Ona görə də başqa klubların ona maraq göstərməsi normaldı. Deku onu bəyəndiklərini söyləyib? Deku kimi mənim də bəzi futbolçular, məsələn, Rafinya ilə Yamal xoşuma gəlir''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















