“Liverpul”u yanvarda tərk edəcək?
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Co Qomes “Liverpul”dan getməyi düşünmür.
"Football-plus.az" xəbər verir ki, yayda onun “Milan”a transferi gözlənilsə də, bu baş tutmayıb. Qomes bu mövsüm əsas heyətdə az oynasa da, qışda klubundan ayrılmayacaq.
“Milan” onu hələ də heyətinə qatmaq istəyir, amma futbolçu “Liverpul”da ehtiyatda olsa belə, mövqeyindən razıdı. Baş məşqçi Arne Slot da zədələnmiş müdafiəçilərin əvəzinə Conun etibarlı seçim olduğunu düşünür.

