“Liverpul”un kolumbiyalısı Kataloniyaya köçə bilər
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Barselona" "Liverpul"un vingeri Luis Diasla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Relevo" məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, kataloniyalılar 28 yaşlı kolumbiyalını yay "transfer pəncərəsi" üçün əsas hədəf hesab edirlər.
Qeyd edək ki, Dias 2022-ci ildən "Liverpul"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 85 milyon avro qiymətləndirir. Futbolçunun mersisaydlılarla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

