Liviya nümayəndəsi: İqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələri dəstəkləməliyik AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
Mən COP konfranslarında mütəmadi iştirak edirəm. COP29 konfransı yüksək səviyyədə təşkil olunub. Burada dünyanın bir çox ölkələrdən olan liderlər, ekspertlər, nümayəndələr iştirak edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Climate Action Network” təşkilatının nümayəndəsi Semi Almabruk deyib.
O qeyd edib ki, bu konfransda müxtəlif ölkələrin nümayəndələri bir-biri ilə öz təcrübələrini bölüşür, danışıqlar aparır, əməkdaşlıqlar qururlar: “Verilən vədlər söz olaraq qalmamalı, biz onları icra etməliyik. Xüsusilə iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələri dəstəkləməliyik. Dünyada hazırda çox sayda təbii fəlakətlər baş verir, mənim öz ölkəm Liviyada da. Çox ölkələr var ki, onlarda lazımi infrastruktur yoxdur. Mənim bu konfransdan xoş gözləntilərim var. Dünya indi kritik vəziyyətdədir. Hazırda insanlar iqlim dəyişmələrinin zərərləri barədə daha çox məlumatlıdırlar. Biz birgə səylər nəticəsində bu problemin öhdəsindən gəlməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















