Liviyada ən böyük neft emalı zavodu işini dayandırıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 8 may, AZƏRTAC
Liviyanın Zaviyə şəhərindəki ən böyük neft emalı zavodu toqquşmalar səbəbindən fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, “Əl Marsad” portalının məlumatına görə, rəhbərlik “təhlükəsizlik məqsədilə neft emalı zavodunun işini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb”. Toqquşmalar nəticəsində kompleksin ərazisinə bir neçə iri çaplı mərmi düşüb, lakin istehsal gücünə təsir etməyib.
Cümə günü səhər saatlarında neft emalı zavodunun yaxınlığında toqquşmalar baş verib. Bundan əvvəl Zaviyənin təhlükəsizlik idarəsi bölgədəki cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib.
Portalın dərc etdiyi açıqlamaya görə, bütün tədbirlər “qanunvericiliyə uyğun olaraq və Baş prokurorluğun nəzarəti altında” həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 08 May 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















