Liviyada üzərində Qəddafinin təsviri olan narkotik həblər müsadirə edildi
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Liviyanın hüquq-mühafizə orqanları külli miqdarda ekstazi həbləri müsadirə ediblər.
Bizim.Media xəbər verir ki, "Independent" nəşrinin məlumatına görə, narkotik vasitələr ölkənin devrilmiş lideri Müəmmər Qəddafinin başı formasında hazırlanıb.
Tripoli təhlükəsizlik xidmətindən bildirilib ki, narkotiklər Avropadan qeyri-qanuni olaraq gətirilib. Nəşrin məlumatına görə, sabiq liderin üz cizgiləri və geyim elementləri ətraflı şəkildə işlənmiş qəhvəyi rəngli həblər aşkar olunub.
Xüsusi xidmət orqanları Avropadan gələn dəniz yükünü izləyib və furqonda təxminən 100 000 ədəd ekstazi həbi aşkar ediblər. Şübhəlilər saxlanılaraq məhkəməyə təhvil veriliblər.
"Independent" qeyd edir ki, BMT yanvar ayında Liviyanın həm ölkə daxilində, həm də bütün Afrika qitəsində yayılan sintetik narkotiklərin qaçaqmalçılığı üçün əsas tranzit məntəqəsinə çevrildiyi barədə hesabat dərc etmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 14 Sentyabr 2026 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















