Icma.az
close
up
RU
Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qahirə, 4 sentyabr, AZƏRTAC

Liviyanın Milli Neft Korporasiyası bu gün paytaxt Tripolidə yanacaq anbarının pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alındığını açıqlayıb. Hadisə nəticəsində hər hansı zərər qeydə alınmayıb.

AZƏRTAC QNA xəbər agentliyinə istinadla bildirir ki, qurum neft obyektlərinin bu cür təxribat xarakterli hücumlarla hədəfə alınmasını təhlükəli hal kimi qiymətləndirib və strateji obyektlərin qorunması üçün bütün təhlükəsizlik və hərbi qurumların səylərini əlaqələndirməsinin vacibliyini vurğulayıb.

Liviyanın Milli Neft Korporasiyasının yaydığı bəyanatda bildirilib ki, Liviyanın istənilən bölgəsində neft obyektlərinin hər hansı formada hədəfə alınması yanacaq təchizatı sisteminə və əsas xidmətlərin fəaliyyətinə birbaşa təhlükə yaradır. Bu səbəbdən neft obyektlərinin və əməkdaşlarının hər hansı düşmənçilik fəaliyyətindən kənarda saxlanılması və onların təhlükəsizliyinə hörmət edilməsi çağırışı edilib.

Korporasiya bütün obyektlərdə fəaliyyət göstərən fövqəladə hallar qruplarının hazırlıq səviyyəsinin maksimuma çatdırıldığını da bildirib. Qeyd olunub ki, mütəxəssis qrupları mümkün təkrar hücumların fəsadlarını azaltmaq məqsədilə çənlərdəki yanacağın səviyyəsinin aşağı salınmasına başlayıblar.

Qeyd edək ki, son aylarda Liviyada müxtəlif silahlı qruplar arasında davam edən qarşıdurmalar və onların ölkənin neft resurslarına nəzarəti ələ keçirmək cəhdləri fonunda bir sıra neft emalı müəssisələri də hücumlara məruz qalıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri