Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz ETDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybə ABŞ Prezidenti Donald Trampın ölkəsi barədə səsləndirdiyi fikirlərə etiraz edib.
Redaktor.az xəbər verir ki, bu barədə Liviyanın LANA dövlət xəbər agentliyi məlumat yayıb.
Dbeybə bildirib ki, Liviya suveren dövlətdir və ölkəsinə, eləcə də terrorizmlə mübarizədə böyük itkilər vermiş xalqına qarşı təhqirləri qəbul etmir.
“ABŞ ilə münasibətlərimizi qarşılıqlı hörmət əsasında davam etdirmək istəyirik. Liviyanın və xalqının ləyaqətinin seçki mübahisələrinin mövzusuna çevrilməsini qəbul etmirik”, – Baş nazir qeyd edib.
Bundan əvvəl Tramp Corciya ştatında keçirilən seçki mitinqində Liviya, Yəmən, Somali və Haiti barədə təhqiramiz ifadələr işlədib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 25 Oktyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















