Liviyanın Baş Qərargah rəisi Ankarada təyyarə qəzasında öldü Təfərrüatlar
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada məlumat verib.
Onun sözlərinə görə, Ankara Hava Limanından qalxdıqdan sonra əlaqəni itirən “Falcon 50” təyyarəsi qəzaya uğrayıb.
“Bu axşam yerli vaxtla saat 20:10-da (Bakl vaxtı ilə saat 21:10) 9H-DFJ nömrəli “Falcon 50” təyyarəsi Ankaradakı Esenboğa hava limanından Tripoliyə yola düşüb. Təyyarədə Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad da daxil olmaqla beş nəfər olub”, - nazir yazıb.
Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.
Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.
Yerlikaya əlavə edib ki, təyyarənin heyəti Hayman yaxınlığında təcili eniş barədə məlumat verib. O, təyyarə ilə əlaqənin sonradan kəsildiyini bildirib.
NTV telekanalı Liviya Baş Qərargah rəisini daşıyan təyyarənin radarda itməsi barədə məlumat verib. Kanalın məlumatına görə, təyyarə ilə əlaqə havaya qalxdıqdan qısa müddət sonra kəsilib.
NTV telekanalının məlumatına görə, qəzaya ilkin olaraq texniki nasazlıq səbəb olub.
IHA xəbər agentliyi Haymana ərazisində güclü partlayış baş verdiyini bildirib.
Telekanal həmçinin Ankara yaxınlığında qəzaya uğramış təyyarənin qalıqlarının aşkar edildiyini bildirib. Telekanalın məlumatına görə, təyyarənin qalıqları Esenboğa Beynəlxalq Hava Limanı yaxınlığındakı Haymana rayonunda geniş bir əraziyə səpələnib.
Təyyarənin qəzaya uğradığı ərazi mühasirəyə alınıb. Türkiyə ordusu, polisi və Türkiyə Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) bölmələri axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Digər tərəfdən, Liviya Milli Birlik Hökuməti Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddadın da həlak olduğu təyyarə qəzasından sonra üçgünlük matəm elan edib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bu mövzuda digər xəbərlər:Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub VİDEO YENİLƏNİB 3
24 Dekabr 2025 00:44
Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi İçərisində Liviyanın Baş Qərargah rəisi var VİDEO
23 Dekabr 2025 23:24
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib
23 Dekabr 2025 23:06
Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ankarada səfərdədir
27 İyun 2025 13:48
Qəzaya uğrayan təyyarədə Liviyanın Baş Qərargah rəisi və daha 8 nəfər olub
23 Dekabr 2025 23:54
Baxış sayı:80
Bu xəbər 24 Dekabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















